Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







“Ənənəvi hal alan Bakutel sərgisi və konfransı ən son nailiyyətlərin nümayişi, təcrübə mübadiləsi və işgüzar münasibətlər baxımından böyük imkanlar vəd edir. Mən əminəm ki, iştirakçı ölkələrin nümayəndə, alim və mütəxəssisləri, eləcə də ictimaiyyətin və biznes dairələrinin nümayəndələri arasında keçirilən görüşlər, konfransda dinlənilən məruzə və çıxışlar yeni beynəlxalq əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verəcək.”

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

02.12.2015

 

BAKUTEL SƏRGİSİ

BakuTel sərgisi keçirildiyi illər ərzində ölkənin telekommunikasiya bazarının ayrılmaz hissəsi olan aparıcı hadisəyə çevrilmişdir. Sərgi telekommunikasiya və informasiya texnologiyaları sektorunun bütün nailiyyətlərini nümayiş etdirmək, qeyri-adi ideya və layihələri təqdim etmək, habelə müzakirələr, danışıqlar və yeni-yeni uğurların təməlini təşkil edən biznes münasibətlərini qurmaq üçün bir platforma kimi bir çox ölkənin mütəxəssis, ekspert və sahə peşəkarlarının hər il diqqətini cəlb edir.

 

SƏRGİDƏ İŞTİRAKIN ÜSTÜNLÜKLƏRİ

  • Məhsul və xidmətləri sahənin mütəxəssislərinə, həmçinin geniş ziyarətçi kütləsinə vasitəsiz çatdırmaq imkanı
  • Potensial sifarişçi və tərəfdaşlar ilə görüşüb işgüzar görüşlər keçirtmək imkanı 
  • Bazarda yeni məhsul və xidmətlər haqqında dolğun məlumat almaq üçün əvəzedilməz platforma
  • İşgüzar forum, ixtisaslaşmış tədbirlər, seminarlar vasitəsilə beynəlxalq və yerli mütəxəssislər arasında fikir və təcrübə mübadiləsinin aparılması imkanı
  • Sərginin zəngin işgüzar və sosial tədbirlərində iştirak etmək imkanı

 

SƏRGİNİN BÖLMƏLƏRİ

  • Audio və video sistemləri
  • Bank texnologiyaları
  • Telekommunikasiya və şəbəkələr
  • Cihaz və aksessuarlar
  • Peyk rabitə sistemləri
  • Rəqəmsal biznes həllər
  • ECM və giriş-çıxış həlləri
  • ERP və məlumatların analizi
  • İT infrastrukturu və məlumat mərkəzləri
  • İT xidmətlər
  • Tədqiqat və innovasiya
  • Təhlükəsizlik
  • TV və radio kütləvi informasiya vasitələri
  • Web və mobil rabitə

 

Bakutel 2015 SƏRGİ HAQQINDA RƏYLƏR

“Azərbaycan yüksək iqtisadi inkişafa malik olan ölkələrdən biridir və telekommunikasiya sahəsinin inkişafı bu prosesin önündə gedir. Buna görə də sərgi həm regionda, həm də bütün dünyada müasir cəmiyyətin və İKT sənayesinin mühüm tapşırıqlarını müəyyən edir. Kosmik sənaye sahəsinin formalaşdırılması da bunu bir daha təsdiq edir. Sərgi son 21 il ərzində özünü sənaye üzrə yeni imkanların və bu sahədə geniş əməkdaşlıq fürsətlərinin nümayiş etdirildiyi platforma kimi doğrulmağa müvəffəq olmuşdur.  Mən əminəm ki, hazırkı “Bakutel” sərgi və konfransı yüksək səviyyədə keçməklə yanaşı, regionda İKT sektorunun inkişafına yeni təkan verəcək”.

Ramin Quluzadə,

Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri

***

 “Beynəlxalq “Bakutel” sərgisi regionda İT sahəsi üzrə əsas tədbirdir və bizim şirkət bu tədbirdə ardıcıl olaraq ikinci ildir ki iştirak edir. Ötən il olduğu kimi, şirkətimiz bu il də sərginin qeydiyyat üzrə sponsorudur. Biz korporativ texniki xidmətin təmin edilməsi və təklif etdiyimiz bütün xidmətlər üzrə texniki dəstək sayəsində sifarişçilərimizlə uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq niyyətindəyik. Biz inanırıq ki, ötən il olduğu kimi, “Bakutel-2015” sərgisi bu il də şirkətimiz üçün uğurlu olacaq və yeni tərəfdaşlarla möhkəm işgüzar əlaqələrin qurulmasına lazımı şərait yaradacaqdır.”

 

Cavid Mustafayev,

“Eurodesign” şirkətində ictimaiyyətlə əlaqələr və tədbirlər üzrə koordinator

***

 “Biz ümidvarıq ki, bu sərgi Azərbaycanın milli peyk operatoru ilə əməkdaşlığımızın davam etdirilməsinə ən səmərəli şəkildə təsir göstərəcək. Onu da qeyd edim ki, “Bakutel-2015” sərgisi həm iştirakçıların sayı, həm də tədbirdə təqdim edilən stend, məhsul və xidmətlərin keyfiyyəti baxımından yüksək səviyyədə təşkil olunub”.

 

Floran De-İlli,

“Arianespace” şirkətinin satış üzrə Vitse-prezidenti

***

“Telekommunikasiya sahəsinin mühüm tədbiri olan “Bakutel” sərgisi bir sıra cari və potensial müştərilərlə birbaşa əlaqə yaratmağımızı təmin edir. Bundan başqa, sözügedən sərgi əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi baxımından da bizə kömək edir. Biz bu tədbirdə iştirakdan məmnunuq və səbirsizliklə sərgi ziyarətçilərinin yolunu gözləyirik! Bakcell şirkəti ilk sərgidən başlayaraq BakuTel-in daimi iştirakçısı olub. Telekommunikasiya sahəsinin önəmli tədbirlərindən biri olan BakuTel bizə mövcud və gələcək müştərilərimizlə birbaşa əlaqə saxlamaq üçün şərait yaratmaqla yanaşı əməkdaşlıq üçün yeni imkanlar açır”

Riçard Şirer,

“Bakcell” şirkətinin Baş icraçı direktoru

***

 “Bizim “Bakutel-2015” sərgisində iştirakımız ərəb biznesmen və investorları üçün yeni imkanlar yarada biləcək Azərbaycanın telekommunikasiya və İT bazarlarını qiymətləndirmək baxımından əla şərait yaradır.

Əbdürrəhman Muhəmməd Əl-Həsəni,

“Dubai Export” şirkətinin eksport üzrə direktoru

***

“Azərbaycanda İT cəmiyyətinin həyatında əlamətdar bir hadisədir, belə ki, sözügedən tədbir ilk növbədə bazar iştirakçıları üçün il ərzində əldə olunan nailiyyətlərin nümayişi və gələn il üçün inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından əla imkandır”.

Alim Salahov,

“Softline” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri

***

 “Biz “Bakutel” sərgisinin daimi iştirakçısıyıq və sərgi fəaliyyətimizin mühüm mərhələsinə çevrilmişdir. Belə ki, biz sərgi üçün (məhz bu tədbir ərəfəsində işıq üzü görməli olan) yeni məhsul və həll variantlarını hazırlayırıq. Bundan başqa, bu tədbir tərəfdaş, həmkarlar və hətta rəqiblərlə mühüm və dəyərli görüş yeridir və belə görüşlərdən sonra gələcək strategiyalar formalaşdırılır.”

Elçin Əliyev,

“SİNAM” şirkətinin prezidenti

***

“Biz “Bakutel” sərgisində debüt edirik və burada şirkətin imkanlarını nümayiş etdirir və bazarın təmayüllərini öyrənməklə yanaşı, həm yerli bazar, həm də şirkətimizin bu bazardakı yeri haqqında rəy formalaşdırırıq. Şübhəsiz ki, Xəzəryanı regionun ən böyük İT forumunda iştirak etmək bizim üçün çox vacibdir! Biz sərginin ötən iki iş günü ərzində iri yerli şirkətlərlə görüş keçirərək mümkün əməkdaşlıq yollarını müzakirə etmişik.”

 

Vüsal Şahbazov,

“Keytorc” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri

***

“Biz “Bakutel” sərgisində iştirakı faydalı hesab edirik. Sərginin keçirildiyi ilk saatlardan etibarən, ekran sisteminin təşkili üzrə xüsusiyyətləri, böyük video-divarlar və digər məlumatlarla maraqlanan ziyarətçilər bizə yaxınlaşırlar. Bu sərgi şirkətimizin fəaliyyət profilinə uyğun olan yeganə regional tədbirdir və biz gələn il də bu sərgidə iştirak etməyi planlaşdırırıq.”

 

Rüfət Məmmədov,

“Polimedia” şirkətinin Azərbaycandakı nümayəndəliyinin Baş direktoru



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  18/11/2017 19/11/2017
USD 1.7002 1.7002
EUR 2.0070 2.0070
GBP 2.2488 2.2488
RUR 0.0285 0.0285
HAVA



      BakuTel is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek