Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




15-ci Yubiley Azərbaycan Beynəlxalq
“Telekommunikasiya və İnformasiya Texnologiyaları”
BakuTel 2009 Sərgi və Konfransı

 

Bu il “BakuTel” - Telekommunikasiya və İnformasiya Texnologiyaları” Beynəlxalq Sərgi və Konfransı öz yubileyini qeyd edəcək. Artıq 15 ildir ki, sərgi həmin sahənin peşəkar şəxslərinin ənənəvi görüş yerinə çevrilmişdir. Dünyanın 26 ölkəsinin 800-dən artıq şirkəti müxtəlif vaxtlarda bu sərgidə iştirak etmişlər.

“BakuTel” daim dövlətin və beynəlxalq strukturların yüksək marağına səbəb olmuşdur. Artıq dörd ilə yaxındır ki, “BakuTel” sərgisinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçirilməsi faktı bu sərginin mühüm statusunu və yüksək nüfuzunu təsdiqləyir.

“Microsoft” proqram təminatının istehsalı üzrə dünyanın ən böyük şirkətini yaratmış Bil Qeyts, eləcə də qabaqcıl riyaziyyatçı, qeyr-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Kaliforniya Universitetinin (Berkli) professoru “Soft Computing” İnstitutunun direktoru doktor Lütfi-Zadə sərginin iştirakçılarına və qonaqlarına öz salamlarını çatdırdılar. Onların təbrik video-müraciətləri sərginin açılış mərasimində translyasiya edildi. Keçən il cənab Lütfi-Zadə “BakuTel” sərgisininn açılış mərasimində şəxsən iştirak etmişdi.

Beynəlxalq Telekommunikasiya Birliyi (ITU) rəsmi dəstəyinin əldə olunması və Beynəlxalq Telekommunikasiya Birliyinin Baş katibi cənab Hamadun Turein məxsusən “BakuTel” sərgisinin açılışına gəlməsi sözügedən sərginin tarixində vacib və əhəmiyyətli hadisəyə çevrildi.

Sərginin daha bir fəxri qonağı, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin İnformasiya və Rabitə Texnologiyaları və İnkişaf üzrə Qlobal İttifaqın Baş katibi Sarbuland Xan “BakuTel-2008” Konfransında bunları bəyan etmişdir: “Mən Azərbaycanda İKT-nin inkişafından çox məmnunam. Belə qısa bir müddətdə bu sahədə səmərəli və müsbət nailiyyətlər əldə olunmuşdur. Azərbaycanda İKT sahəsinin bu cür sürətli inkişafı digər ölkələr üçün nümunə olmalıdır”.

“BakuTel” sərgisini uzun illər dəstəkləyən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sərginin inkişafında mühüm rol oynamışdır.

Sərgiyə dəstək göstərən strukturlar arasında ITU - Beynəlxalq Telekommunikasiya Birliyi, GAID – İnformasiya və Rabitə Texnologiyaları və İnkişaf üzrə Qlobal İttifaq, RCC – Rabitə sahəsində Regional Birlik, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasını qeyd etmək lazımdır. “BakuTel”-ə Beynəlxalq Sərgi Sənayesi Assosiasiyası (UFİ) nişanının verilməsi onun beynəlxalq səviyyədə tanınmasını təsdiqləyir. UFİ keyfiyyət nişanı beynəlxalq səviyyəli yüksək tədbirin ümumi qəbul olunmuş uyğunluq sertifikatıdır.

Artıq 15 ildir ki, “BakuTel” sərgisinin vasitəsilə Azərbaycana böyük şirkətlər gəlir, yeni layihələr həyata keçirilir. Bu illər ərzində “Ericsson”, “Nokia-Siemens Networks”, “Iskratel”, “Alcatel-Lucent”, “Huawei”, “Hewlett Packard”, “Gilat”, “Microsoft”, “Avirtel”, “Measat”, “Orbital” və digər şirkətlər bu sərginin iştirakçıları olmuşlar. “BakuTel” sərgisində müvəffəqiyyətli iştirakı sübut edən nümunələr çoxdur. “Advantek”, “Exide”, “Gilat”, “Hawker”, “Huawei”, “Karel”, “Telesis” kimi şirkətlər və bir çoxları sərgidə əlaqələr yaratmaqla Azərbaycanda fəaliyyətə başlamışlar. Bu gün onlar öz nümayəndəlikləri və ya tərəfdaşlıq əlaqələri sayəsində artıq aktiv fəaliyyət göstərirlər. İstifadəçilər arasında daha geniş tətbiqini tapmış yeni xidmətlərin və ya məhsulların sərgidə müvəffəqiyyətlə təqdimatı da məlumdur. İlk dəfə 2002-ci ildə “BakuTel” sərgisində IP telefoniyanı təqdim etmiş “AzEuroTel” şirkətini, yaxud 2003-cü ildə sərgidə CDMA rabitəsini təqdim etmiş “Katel” şirkətini buna misal göstərmək olar. “Penki Kontinentai Group” şirkətinin “İntellektual bankomatlar”ı sərgiyə gələn işgüzar adamlar tərəfindən böyük müvəffəqiyyətlə istifadə olunurdu. Sözügedən şirkət sərgidə sərfəli sazişlər bağlamaqla Bakıda ofis açmaq barədə qərarını elan etdi. İlk dəfə olaraq, Azərbaycanda keçirilən “BakuTel-2008” sərgisində mobil operatorlar tərəfindən tezliklə Azərbaycanda tətbiq olunması planlaşdırılan 3G funksiyası nümayiş etdirilmişdi. Həmin il “Microsoft” stendində “Windows XP” proqramının variantı Azərbaycan dilində nümayiş etdirildi.

2005-ci ildə sərgidən Azərbaycanın 7 regionu, o cümlədən Sumqayıt, Şəki, Mingəçevir, Goranboy, Lənkəran, Quba və Naxçıvan ilə video-konfrans rabitəsi yaradılmışdır. Regionlarda İKT-nin müvəffəqiyyətini nümayiş etdirmək üçün isə bu şəhərlərdə monitorlar və kameralar quraşdırılmışdır.

Beləliklə, bu sərgi istehlakçılar və istehsalçılar arasında əlaqə körpüsünü yaradır və bu sahənin gələcəkdə bazara çıxarılmaqla öyrənilməsi üçün əla imkandır. Bundan əlavə, “BakuTel” sənayenin yeni məhsullarının nümayiş etdirilməsi üçün də ən əlverişli yerdir.

Son illər Azərbaycanda İKT-nin sürətli inkişafı bütövlükdə ölkə iqtisadiyyatının inkişafına, həm də öz növbəsində Azərbaycanda informasiya cəmiyyətinin yaradılması proseslərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu gün İKT sektoru öz inkişaf tempinə görə Azərbaycanın milli iqtisadiyyatında energetika sahəsindən sonra ikinci yer tutur. Son illərdə həmin sektor üzrə illik gəlir artımı 30-35%-ə çatmışdır. Gələcəkdə bu tendensiyanın davam etdirilməsi gözlənilir və bu o deməkdir ki, bir neçə il ərzində İKT sektorunun gəlir səviyyəsi energetika sahəsinin səviyyəsinə çatacaq, 2018-2020-ci illərdə isə İKT sektorunun gəlirlərinin artması proqnozlaşdırılır. Qloballaşma şəraitində Azərbaycanın dünya ictimaiyyətinə inteqrasiyası, ölkədə informasiya texnologiyaları sahəsində beynəlxalq sərgilərin keçirilməsi vacibdir və buna oxşar tədbirlər beynəlxalq ictimaiyyətin ölkənin İT bazarını təmsil edən özəl şirkətlər və dövlət təşkilatları ilə yaxından tanış olmasına imkan yaradır. Sərgi bu sahənin inkişaf göstəricilərindən biridir. Sərginin bugünkü artımı respublikada İKT-nin inkişaf tempini birbaşa əks etdirir. Hər bir xüsusi sərgi – bütöv sahənin görüş yeri, qarşılıqlı əlaqələrin və gələcək əməkdaşlığın özünəməxsus katalizatorudur. Nəhayət, “BakuTel” sərgisi həm bu sənayenin mütəxəssisləri, həm də gələcək nəsil üçün yeni ideya və biliklər axınıdır. “BakuTel” yeni İKT texnologiyaları aləminə daxil olmaq istəyən hər kəsə öz qapılarını açır.

 

BakuTel xəbərləri

“BakuTel-2009” sərgisində dünyanın 15 ölkəsindən 100-dən çox şirkətin iştirakı gözlənilir. Sərginin daimi iştirakçıları, Azərbaycanın mobil operatorları – “Azercell”, “Azerfon”, “Bakcell”; telekommunikasiya və informasiya texnologiyaları şirkətləri “Aztelecom”, BTRIB, “Delta Telecom”, “Iskratel”, “Microsoft”, “Ultra”, “Nokia Siemens Networks”, “Caspel”, “Bestcomp Group”, “R.I.S.K.”, “Sinam”, “Smart Systems Technology” kimi şirkətlər ilə yanaşı, “ZTE Corporation” (Çin), “Caspian Navtel” (Azərbaycan), “Idrak Technology Transfer” (Azərbaycan), “Headtechnology” (Azərbaycan), “IT Solutions” (Azərbaycan), “Azedunet” (Azərbaycan), “Connect” (Azərbaycan), “Azlanit” (Böyük Britaniya-Azərbaycan), “Silverkey Azerbaijan” (ABŞ), “Pirelli Broadband Solutions” (İtaliya), “Özkabel” (Özbəkistan) və bir çox digər yeni şirkətlərin sərgidə iştirak edəcəyi gözlənilir. Ənənəvi olaraq, sərgidə Koreya şirkətlər qrupu, eləcə də Türkiyənin 5 şirkəti edəcək, bu şirkətlərin arasında ən iri rabitə operatoru sayılan “Türk Telekomunikasyon A.S.” şirkətinin də adı var.

Sərginin ikinci günü, yəni 5 noyabr tarixində “BakuTel” çərçivəsində ənənəvi İKT konfransı keçiriləcək. Konfransda yerli telekommunikasiya bazarı, stasionar rabitə və mobil rabitə sektorları, habelə ən yeni texnologiyaların tətbiqi üzrə aktual məsələlər müzakirə ediləcək. Burada iştirakçılar həmçinin müəssisələrin biznes proseslərinin optimallaşdırılması üçün nəzərdə tutulmuş ən son həll variantları ilə tanış ola biləcəklər. Konfransda aparıcı beynəlxalq və yerli informasiya texnologiyaları və telekommunikasiya şirkətlərinin mütəxəssisləri öz məruzələri ilə çıxış edəcəklər. Onlar böyük məmnuniyyətlə iştirakçıları proqram təminatı və informasiya texnologiyaları sahəsində əldə edilmiş ən son nailiyyətlər ilə tanış edəcəklər. Konfrans səmərəli işgüzar mühit yaradacaq və burada telekommunikasiya və informasiya texnologiyaları bazarının ən mühüm problemlərini bilavasitə bu sektorun mütəxəssisləri ilə müzakirə etmək imkanı yaradılacaq. Bundan əlavə, konfrans çərçivəsində tibb, eləcə də elektronika sahələrində nanomaterialların istifadəsi perspektivlərinə həsr edilmiş sessiya təşkil ediləcək. Yaponiya və Türkiyənin tanınmış universitetlərinin alim və professorları, eləcə də Azərbaycan alimləri öz məruzələri ilə çıxış edəcək və böyük məmnuniyyətlə öz elmi əsərləri və araşdırmaları ilə bölüşəcəklər.

Ümumilikdə, sərginin ekspozisiyası aşağıdakıları təqdim edəcək: telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, tele-radio-yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, e-biznes və e-hökumət sistemləri. Wi-Fi və digər simsiz rabitə texnologiyalarının İnternetə çıxışı geniş təqdim olunacaq.

4 noyabr 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 27 saylı fərmanı elan edildi. Bu Sərəncam ilə əlaqədar olaraq sərginin yeni dövrü başlandı, bu sahəyə böyük diqqət yetirilir və müvafiq olaraq peyk rabitəsi və texnologiyalarının ekspozisiyası genişləndirilir. Belə ki, bu il sərgidə 2011-ci ilin dekabr ayında orbitə buraxılması planlaşdırılan milli peykin təsdiq olunmuş maketin təqdimatı keçiriləcək. Bu təqdimatı peykin yaradılması və orbitə buraxılması üzrə tenderdə qalib gəlmiş “Orbital” şirkəti keçirəcək. Bu hadisə “BakuTel” sərgisinə “Measat” (Malayziya) şirkəti kimi peyklər və onların xidməti üçün avadanlıqlar təmin edən şirkətlərin iştirakını da təmin etmişdir.

Bundan əlavə, “BakuTel” sərgisində “Xalq kompüter” layihəsi təqdim olunacaq. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompüteri" layihəsini ölkədə kütləvi kompüterləşmənin ilkin mərhələsi hesab etmək olar. Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.

Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"-na tam uyğundur. Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" Dövlət Müəssisəsi tərəfindən təmin edilir. Pilot layihə "Azərpoçt" Dövlət Müəssisəsi və HP-nin və Microsoft-un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Sərgidə “BestComp Group” şirkəti həm də istənilən müəssisənin fasiləsiz işinin təmin olunması üçün yüksək texnoloji həlləri təqdim edəcək.

“Elektron-imza”, “Elektron-sənəd” kimi digər sosial layihələri bu il Azərbaycanın qabaqcıl İT şirkətlərindən" biri və sərginin daimi iştirakçısı olan ULTRA şirkəti təqdim edəcək. ULTRA Azərbaycanda “İntel” (Intel Premier Provider) şirkətinin həll variantlarının rəsmi təchizatçısıdır və “İntel”-in məhsulları üzrə avtorizə edilmiş anbara malikdir. Sərgi çərçivəsində həm də “Nexus” noutbukların yeni modellərinin təqdimatı keçiriləcək.

Bu ilki sərgini fərqləndirən əsas cəhət yeni İKT məhsullarının çoxsaylı təqdimatının keçirilməsi olacaq. Yeni həll yolları, o cümlədən ultra müasir texnika sərginin 40%-ni təşkil edəcək və Azərbaycanın İKT bazarına ilk dəfə olaraq təqdim olunacaq.

“BakuTel”-in daha bir daimi iştirakçısı olan “Kür” brendi də sərgidə öz modemlərini, kiosklarını, həmçinin çox həssas ekranları olan displeylərini təqdim edəcək. Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının (2004-2008-ci illərdə) həyata keçirilməsi çərçivəsində yaradılmış “Kür” nişanı qısa bir müddətə Azərbaycanda istehsal olunan fərdi kompüterlər arasında tanınmış brendə çevrildi və mütəmadi olaraq öz məhsullarını sərgidə nümayiş etdirir.

“Nard Integrated Technologies” şirkəti sənaye və ofis obyektlərinin yüksək texnologiyaları sahəsində geniş spektrli xidmətlərini təqdim edəcək. Ekspozisiyanın əsas mövzusu “Ağıllı Ev” (“Smart Home”, “Home Automation”) texnologiyalarına və “Clipsal”, C-BUS, ULTİ (“Schneider Electric”) şirkətlərinin müvafiq avadanlığına həsr olunacaq. Həmçinin şirkətin artıq həyata keçirdiyi layihələrin fotoşəkilləri, təqdimatları və maketləri təqdim olunacaq.

“Softline International” şirkətlər qrupu aparıcı istehsalçıların (məs., “Microsoft”, “Symantec&VERİTAS”, “Citrix”, İBM, “McAfee”, “Computer Associates”; “Novell”; “Oracle”, “Vmware”, “Corel”, “Adobe” və s.) lisenziyalı proqram təminatını, onların öyrədilməsi və məsləhət xidmətlərini təqdim edəcək. Şirkət proqram təminatının istehlakçılara çatdırılması, onların öyrədilməsi və məsləhət xidmətləri sahəsində qabaqcıl mövqe tutaraq üç ildən artıqdır ki, bu sərgidə iştirak edir.

Sərgidə ilk dəfə iştirak edən şirkətlər də xüsusi diqqət cəlb edir.

Belə ki, “İT Solutions” şirkəti korporativ şəbəkələrin layihələndirilməsi və qurulması, bankların fəaliyyətinin avtomatlaşdırılması, həmçinin daxil olmaya nəzarət sisteminin quraşdırılması, perimetr üzrə mühafizə və video-müşahidə sahələri üzrə geniş çeşidli xidmətlər təqdim edir.

İKT şirkəti olan “İT Solutions” Azərbaycan bazarında fəaliyyət göstərərək müştərilərinə dünyanın aparıcı brendlərini və mütəxəssis xidmətlərini təklif edir. Keçən il şirkət CİPS sərgisində iştirak etmiş, lakin şirkətin fəaliyyətinin əsas istiqamətini İKT sahəsində həll variantlarının layihələndirilməsi, çatdırılması və quraşdırılması, eləcə də sistemli inteqrasiya təşkil etdiyindən, bu il şirkət İT həll variantlarının nümayiş olunacağı yeni stendini təqdim edəcək.

Sərgidə ilk dəfə olaraq elektron sənəd dövriyyəsi sistemi olan “LanDox”, “MS Dynamics CRM”, “AX” həll variantları və telefoniya sahəsində “NAV” yeni həll variantları da təqdim olunacaq. Təqdimat Azərbaycanda nümayəndəliyi olan, eyni zamanda sərgidə ilk dəfə iştirak edən “Azlanit” şirkəti tərəfindən həyata keçiriləcək. Şirkət sistemli və şəbəkə inteqrasiyası, distribütorluq, lisenziyalı proqram təminatının korporativ istifadəçilərə satılması, bankomatların, eyni zamanda bank avadanlığının quraşdırılması və onlara xidmətin göstərilməsi, İT mütəxəssislərinin peşəyönümlü tədrisi və sertifikatların verilməsi, İT-autsorsinq, informasiya sistemlərinin işlənib hazırlanması, müəssisə resurslarının idarəetmə sisteminin də daxil olduğu geniş ekspozisiyanı təqdim edəcək.

“SilverKey Azerbaijan” şirkəti öz stendində internet vasitəsilə ödəniş sistemlərini nümayiş etdirəcək. Bu, Azərbaycanda elektron kommersiyanın inkişafına müsbət təsir göstərəcək.

“BakuTel” sərgisinin daha bir debütantı “Caspian NavTel” şirkəti naviqasiya təminatı sahəsindəki yeniliklərlə çıxış edəcək. “Caspian NavTel” şirkəti ətraflı elektron xəritəsi əsasında GPS naviqasiya sistemini tətbiq edən yeganə şirkətdir. “Caspian NavTel” təhlükəsiz avtomobil və portativ naviqasiya avadanlığını, eləcə də əlverişli qiymətə peyk vasitəsilə özündə bir neçə funksiyaları birləşdirən yüksək keyfiyyətli izləmə sistemini müştərilərin nəzərinə çatdıracaq.

“Pirelli Broadband Solutions” müştəriləri ən yeni marşrutlar, işgüzar interfeyslər, eləcə də korporativ və özəl abonentlərin şəbəkəyə qoşulması üçün qabaqcıl təkliflər ilə tanış edəcək.

“BakuTel-2009” sərgisinin sponsorlarından biri sərginin daimi iştirakçısı dünyada telekommunikasiya xidmətlərinin aparıcı provayderi olan “Nokia Siemens Networks” şirkətidir. Şirkət sərgiyə gələnlərə mobil, stasionar və konvergent şəbəkə texnologiyalarının bütün spektrlərini, həmçinin konsultasiya, inteqrasiya, sistemin açılması və texniki xidmət kimi peşəkar xidmətləri və operator şəbəkələrinin idarə olunmasına dair xidmətləri təklif edəcək.

Sərginin tərəfdaşları arasında “Azercell”, MBASK,” “Caspian Travel”, SİAR, KREA şirkətlər vardır.

Beləliklə, sərgiyə gələn qonaqlar birinci olaraq yüksək texnoloji həll variantlarının, rabitə bazarında əldə edilə bilən ən yeni texnologiyaların və fəaliyyətdə olan xidmətlərin şahid olacaq, eləcə də ölkənin rabitə bazarına yaxın gələcəkdə daxil olacaq yeniliklərlə ətraflı şəkildə tanış olacaqlar. Müasir kommunikasiya texnologiyalarının geniş tətbiq olunması prioritet sayılan milli layihələrin reallaşmasının səmərəliliyini, bütün ölkə ərazisində əhali üçün sosial xidmətlərin keyfiyyətini və əldə olunmasını artırmağa imkan verəcək.

Ənənəvi olaraq, sərgiyə işgüzar proqram çərçivəsində təşkil olunacaq seminarlar, dairəvi masalar və internet-forumlar da aid edilir.
 

ANONS

2-ci Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri” Sərgisi

“BakuTel” sərgisi ilə eyni meydançada “Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələrinə” dair 2-ci Beynəlxalq Xəzər Sərgisi keçiriləcək. Sərgilərin birgə keçirilməsi ondan irəli gəlir ki, İKT texnologiyaları əhalinin təhlükəsizliyinin təmin olunmasında geniş tətbiq olunur və sərginin ekspozisiyası hər iki sahənin mütəxəssisləri üçün maraq kəsb edir.

Azərbaycan, Türkiyə, Yaponiya, Rusiya, Ukrayna və Belorusiyanın şirkətləri artıq öz iştiraklarını təsdiq etmişlər. Burada həmçinin “Panasonic”, LG, Forteza kimi brendlər də təqdim olunacaq. CİPS-2009 nəinki xilasetmə, yanğın təhlükəsizliyi və kompüterlərin mühafizəsi vasitələrinin inkişaf etdirilməsində müvəffəqiyyətlərin nümayiş etdirilməsi, eləcə də informasiya mübadiləsi, həyat və istehsal baxımından müxtəlif təhlükələrə qarşı çıxmaq məqsədilə səylərin səfərbər edilməsi baxımından ideyaların formalaşdırılması və imkanların axtarılması üçün şərait yaradacaq. Sərgiyə gələnlər və eksponentlər xüsusi nəqliyyat vasitələrinin texniki xarakteristikaları, sənaye casusluğuna qarşı mübarizə sistemləri, rabitə və məlumatlandırma sistemləri, icazəsiz daxil olma əleyhinə siqnalizasiya ilə tanış ola bilərlər. Bu il CCTV (Gizli video-müşahidə) sistemləri xüsusilə geniş təqdim olunacaq.

Sərginin yaşının az olmasına və cəmisi ikinci dəfə keçirilməsinə baxmayaraq ona olan maraq böyükdür və artıq bu sahənin mütəxəssisləri onun yolunu gözləyirlər.





BAS SPONSOR
SPONSORLAR
PARTNYORLAR




www.mbask.az

VALYUTA MƏZƏNNƏSİ
  19/06/2019 20/06/2019
USD 1.7 1.7
EUR 1.9068 1.8968
GBP 2.1994 2.1937
RUR 0.0267 0.0264
HAVA



BakuTel Azerbaijan is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek