Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия








Bütün video xəbərlər ...



BakuTel 2012 DailyNews BakuTel 2012 DailyNews 2

“BAKUTEL 2012”: İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ
YENİ TENDENSİYALAR

“Bakı Ekspo” mərkəzində Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş ən böyük sərgi - “BakuTel-2012” sərgisi öz işinə başladı. Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanını daşıyan sərgi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və Rabitə sahəsində Regional Birlik  kimi bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə keçirilir.  Sərginin təşkilatçıları “Iteca Caspian” şirkəti və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group plc” şirkətidir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və onun xanımı Mehriban Əliyeva "BakuTel-2012" sərgisini ziyarət etdilər. Sərgi ürə "VIP"-tur zamanı dövlət başçısı Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin, "Easy Service", "Aztelekom", "DELTA TELECOM", "BAKCELL", "AZƏRKOSMOS", "ZTE Corporation", "AZERFON" və "AZERCELL" şirkətlərinin stendinə, eləcə də Avstriyanın milli stendinə baş çəkərək aparıcı yerli və xarici istehsalçıların məhsul və xidmətləri ilə tanış oldu. Dövlət başçısının diqqətinə çatdırıldı ki, bu il keçirilən sərgidə ABŞ, Belarus, Çin, Koreya Respublikası, Litva, Malayziya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 160 şirkət iştirak edir. Avstriya, Estoniya, Litva, Fransa, Xorvatiya, İsrail, Sloveniya və Kanada sərgidə milli qruplar tərəfindən təmsil olunur. İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən yerli şirkətlər, mobil operatorlar, distribütorlar, rabitə operatorları və xidmət şirkətləri də sərgidə öz mallarını və xidmətlərini nümayiş etdirirlər. Sərgidə cənab Prezident "BakuTel" sərgisi haqqında xüsusi reportajlar hazırlayan xarici KİV nümayəndələrinə müsahibə verdi. Sonda dövlət başçısı sərgi iştirakçılarına uğurlar arzulayaraq öz tapşırıq və tövsiyələrini verdi.

Bu il "BakuTel" sərgisində aparıcı yerli və xarici İT şirkətləri, mobil operatorlar, distribütorlar, rabitə operatorları və xidmət şirkətləri iştirak edirlər. Ziyarətçiləri yaxın gələcəkdə bu sahədə öz tətbiqini tapacaq yeni İT məhsulları və xidmətlərinin təqdimat mərasimləri gözləyir. Buna İKT sahəsində yeniliklər, proqram təminatları və peyk rabitəsi üçün xidmətlər, habelə teleradio yayımı üçün avadanlıqlar və digər xidmətlər daxildir. Bu il debütantlar portativ  mobil və analoq radiostansiyalar, smartfonlar, telefonlar, planşet kompüterlər, telekommunikasiya sistemləri üçün müasir test və ölçü avadanlıqları, texnoloji yeniliklər və bir sıra digər məhsulları nümayiş etdirirlər. "BakuTel-2012" sərgisi əvvəlki sərgilərdən aktiv innovasiyalı məzmunu ilə fərqlənir. Əvvəlki kimi, sərgidə əsas diqqət kosmik sənaye, yerüstü peyk idarəetmə strukturunun yaradılması və kadr hazırlığına yönəldiləcək. Bu sektorun iştirakçılarından biri də Azərbaycanının ilk “Azersat” telekommunikasiya peykini kosmosa çıxarmağa hazırlaşan “Azerkosmos” şirkətinin stendidir.

Dünyanın hər bir yerindən nümayəndələrin bir araya gəldiyi “IGF” (“Internet Governance Forum”) - "İnternetin idarə olunması üzrə forum" “BakuTel-2012” sərgisi ilə eyni meydançada keçirilir. "IGF" forumu ilk dəfədir ki Azərbaycanın paytaxtında, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə təşkil edilir. Foruma 1.500-dən çox nümayəndə dəvət olunub. Onlar arasında müxtəlif ölkələrin nazirliklərinin, beynəlxalq təşkilatların, dünyanın ən iri internet şirkətlərinin nümayəndələri və telekommunikasiya ekspertləri var. Bu, artıq forumun sayca 7-ci toplantısı olacaq  və tədbir çərçivəsində seminarlar, təqdimatlar və digər işgüzar tədbirlər keçiriləcəkdir.

Sabah sərgi öz işini davam etdirəcək.



IGF2012
BAŞ SPONSOR
PLATİN SPONSOR
BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  14/10/2019 15/10/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek