Sərgi haqqında“Mən çox şadam ki, ölkəmizdə keçirilən ənənəvi “BakuTel” sərgisi hər il daha da böyük, mötəbər sərgi kimi özünü təqdim edir, gələn qonaqların sayı artır, şirkətlər maraq göstərirlər. İnvestisiya qoymaq istəyənlər görəndə ki, Azərbaycan dövləti də bu sahəyə böyük diqqət göstərir, çox böyük maraqla yanaşırlar.”
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
BAKUTEL SƏRGİSİ
“BakuTel” sərgisi fəaliyyət göstərdiyi illər ərzində telekommunikasiyalar və informasiya texnologiyaları sektorunun bütün nailiyyətlərini nümayiş etdirmək, ən qeyri-adi ideya və layihələri təqdim etmək, habelə müzakirələr, danışıqlar və yeni-yeni uğurların təməlini təşkil edən biznes münasibətlərini qurmaq üçün bir platforma kimi bir çox ölkənin mütəxəssis, ekspert və sahə peşəkarlarının diqqətini cəlb etmişdir.
BAKUTEL: FAKTLAR VƏ RƏQƏMLƏR
 |
Yaranma ili: |
1995 |
 |
Dövrilik: |
hər il |
|
|
|
BAKUTEL 2009: |
 |
Ekspozisiyanın sahəsi
|
4.031 m² |
 |
İştirakçıların sayı |
112 |
 |
İştirakçı ölkələrin sayı |
16 |
 |
Ziyarətçilərin sayı |
13.129 |
|
|
|
BAKUTEL 2010: |
 |
Ekspozisiyanın sahəsi
|
4.346 m² |
 |
İştirakçıların sayı |
115 |
 |
İştirakçı ölkələrin sayı |
16 |
 |
Ziyarətçilərin sayı |
13.514 |
|
|
|
BAKUTEL 2011: |
 |
Ekspozisiyanın sahəsi
|
8.049 m² |
 |
İştirakçıların sayı |
250 |
 |
İştirakçı ölkələrin sayı |
32 |
 |
Ziyarətçilərin sayı |
14.545 |
SƏRGİDƏ İŞTİRAKIN ÜSTÜNLÜKLƏRİ
- Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri telekommunikasiya sərgisi
- Məhsul və xidmətləri sahənin mütəxəssislərinə, həmçinin geniş ziyarətçi kütləsinə vasitəsiz çatdırmaq imkanı
- Potensial sifarişçi və tərəfdaşlar ilə görüşüb işgüzar görüşlər keçirtmək
- Sahənin professionallarının bazarda yeni məhsul və xidmətlər haqqında dolğun məlumat almaq üçün əvəzedilməz platforma
- İşgüzar forum, ixtisaslaşmış tədbirlər və seminarlar vasitəsi ilə beynəlxalq və yerli mütəxəssislər arasında fikir, təcrübə və texnologiyalar mübadiləsinə zəmin yaratmaq
- Sərginin zəngin iş və sosial proqramında iştirak edərək bundan faydalanmaq
SƏRGİNİN BÖLMƏLƏRİ
- Telekommunikasiya və şəbəkələr
- İT və ofis texnologiyaları
- Kabel və simsiz rabitə
- Peyk rabitəsi və texnologiyaları
- Genişzolaqlı rabitə və texnologiyalar
- Televiziya və radioyayım avadanlıqları və texnologiyaları
- Proqram təchizatı və avtomatlaşdırma sistemləri
- Təhlükəsizlik sistemləri
- Bank texnologiyaları və xidmətləri
- E-hökumət və e-təhsil
REKLAM KAMPANİYASI
- Dəvətnamənin peşəkar məlumat bazası üzrə paylanması
- Bakıda və Azərbaycanın digər regionlarında reklam banerləri, bilbordlar və laytboksların yerləşdirilməsi
- Kütləvi informasiya vasitələrində sərginin geniş reklam kampaniyası
- Dəvətnamələrin ixtisaslaşmış nəşrlər vasitəsilə paylanması
- Sərgi haqqında məlumatın və reklamın Azərbaycan, Gürcüstan, Rusiya və Türkiyənin populyar ixtisaslaşmış jurnal və nəşrlərində verilməsi
- Sərgiyə həsr olunmuş rəsmi internet səhifəsi
- BakuTel 2012 sərgisinə həsr olunmuş mətbuat konfransı
SƏRGİ HAQQINDA
“Hökumətlər və şirkətlər arasında körpü, habelə ən son texnologiyaların təqdim edilməsi və təkmilləşdirilməsi baxımından platforma rolunda çıxış edən “BakuTel” sərgisi davamlı inkişafa nail olmaq istiqamətində öz rolunu genişləndirmək və gücləndirmək üçün telekommunikasiya sektoruna geniş imkanlar yaradır.”
Pan Gi-Mun Birləşmiş Millətlər Təşkilatının Baş Katibi
“Mən şadam ki, “BakuTel” sərgisi ildən-ilə daha çoxtərəfli və beynəlmiləl xarakter alır. Xoş bir haldır ki, Azərbaycan Respublikası sürətli internet rabitəsini tətbiq edən ən fəal ölkələrdən biridir və Azərbaycanın “qara qızıl”dan “əqli qızıl”a uğurlu keçidini görmək mənim üçün xoşdur.”
Hamadun Ture Beynəlxalq Telekommunikasiya Birliyinin Baş Katibi
Biz "Microsoft" şirkətində belə hesab edirik ki, hazırda Azərbaycanda mövcud olan müasir İT infrastrukturu və onun inkişafı rabitə dünyasında mühüm iqtisadi inkişafı əks etdirir. Biz geniş elmi imkanlar və texnologiyalar aləminə inteqrasiya istiqamətində Azərbaycan hökumətinin göstərdiyi səyləri yüksək qiymətləndirir və bizə verdiyi dəstəkdən məmnunluq duyuruq.
Bill Qeyts Microsoft Korporasiyasının Təsisçisi
Bakının kommunikasiya və informasiya texnologiyası üzrə regional mərkəzə və Azərbaycanın informasiya cəmiyyətinə keçid istiqamətində lider ölkəyə çevrilməsində Azərbaycan Prezidentinin çoxsaylı təşəbbüsləri məndə dərin təəssürat doğurdu. Bir optimist kimi mən Azərbaycanın parlaq gələcəyinə inanıram.
Lütfü Zadə Kaliforniya Universitetin (Berkli) Professoru, dünya miqyaslı alim
“Sərgi göstərir ki, Azərbaycanın dünya İKT layihələrində iştirakı, habelə xarici sərmayədarların Azərbaycanın İKT sektoruna olan marağı getdikcə daha da artır.”
Əli Abbasov Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri
|