Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия












Bütün video xəbərlər ...

BakuTel 2013 DailyNews 1 Bakutel 2013 DailyNews 2

19-cu Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” sərgisi

Azərbaycanda “İKT ili”

Foto-reliz

Dekabr ayının 2-də Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir - “Bakutel 2013” sərgisi öz işinə başladı. Builki sərginin xüsusi mövzusu Azərbaycanda “İKT ili”nə həsr olunub və bu əlamətdar ildə “Bakutel” sərgisi ilk dəfə olaraq ümumilikdə 12.000 kvadrat metrlik üç zalı əhatə edir. Bu il sərginin sahəsi 35% genişlənərək, dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirmişdir.

Tədbirin birinci günü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev sərgini ziyarət etdi. Cənab Prezident bütün zallara daxil olaraq həm yerli, həm də aparıcı xarici şirkətlərin stendləri ilə tanış oldu. Həmçinin, ölkə başçısı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin stendində keçirilən Dünya Azərbaycanlılarının I Virtual Konfransında da iştirak etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakutel 2013” sərgisinin iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir: “Hər il Azərbaycanda həyata keçirilən beynəlxalq “BakuTel” sərgi və konfransı müxtəlif ölkələrdən təşkilatları, alimləri və mütəxəssisləri bir araya gətirərək ideya mübadiləsi, işgüzar münasibətlərin genişləndirilməsi, habelə qabaqcıl texnoloji nailiyyətlər və yeni məhsullarla tanışlıq üçün əlverişli şərait yaradır.

Sərgi ilə tanışlıq zamanı Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibə verdi.

Sərgidə Azərbaycanın aparıcı İKT şirkətləri, mobil / rabitə operatorları, İnternet provayderləri, sistem inteqrasiyası üzrə şirkətlər və distribyutorlar geniş şəkildə təqdim olunur. Sərgi eksponentlərinin 40%-ni daimi iştirakçılar təşkil edir. Sevindirici fakt və sərginin fəaliyyət göstərdiyi illər ərzində əsas nailiyyətlərdən biri də yerli şirkətlərin ildən-ilə artması və bu il iştirakçıların ümumi sayının 30%-ni təşkil etməsidir.

Hazırkı sərgini fərqləndirən xüsusiyyətlərdən biri də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilmiş milli stendlərin sayca daha çox olmasıdır. Əfqanıstan, ABŞ, Macarıstandan, İtaliya, İsrail və digər ölkələrin nümayəndə heyəti “Bakutel” sərgisində iştirak etmək üçün Bakıya gəliblər. Sərginin mötəbər qonaqları arasında Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi cənab Hamadun Ture, Macarıstanın milli inkişaf naziri xanım Jujanna Nemet və digər yüksək rütbəli qonaqlar var. Qonaqlar “Bakutel” sərgisinin mötəbər qonaqlar kitabında öz arzu və diləklərini qeyd etdilər. Onlar həmçinin Azərbaycanın uğurlu iqtisadi inkişafını, yüksək texnologiyalar əsrinin müasir nailiyyətlərini və sərginin telekommunikasiya sahəsində çalışan mütəxəssis və alimlərin məhsuldar fəaliyyəti üçün görüş yeri və biznes meydançası kimi yüksək rolunu vurğuladılar.

Bayram əhval-ruhiyyəli “Bakutel” bu sahənin ən əsas və orijinal sərgisi statusunu təsdiq etdi və ziyarətçiləri həm iştirakçıların, həm də təşkilatçıların hazırladıqları saysız-hesabsız sürprizlərlə sevindirməyə müvəffəq oldu.



Sərginin elə ilk günü yüksək moda nümayişi ilə bağlı möhtəşəm şou baş tutdu. Üçüncü pavilyonda xüsusi oyun zonası yerləşdirilib və burada hər kəs “lazer simlərində ifa” oyununda iştirak edə və hətta musiqi bəstələyə bilər. Bu zonada həmçinin “X-box” oyun qurğuları və interaktiv oyunlarla yaxından tanış olmaq mümkündür. Sərgidə MDB ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda “Titan” adlı robot nümayiş etdirilir və “Titan” artıq sərgi ziyarətçilərinin sevimlisinə çevrilib!

“Bakutel 2013” sərgisinin baş sponsoru informasiya texnologiyaları sahəsində ən iri amerikan şirkətlərindən biri olan “HP” şirkətidir.

Tədbirin təşkilatçıları qismində “Iteca Caspian” və onun Britaniyalı tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış edirlər.





BAŞ SPONSOR
BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  19/06/2019 20/06/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek