Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sərgi xəbərləri

18.03.2014 09:23

Azərbaycan ilə Argentina arasında kosmik fəzanın sülh məqsədləri ilə istifadəsinə dair Çərçivə sazişi imzalanmışdır

Bakı, 15 mart (AzərTAc). Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentinada işgüzar səfərdə olmuşdur.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Ə.Abbasov səfər çərçivəsində Argentina federal planlaşdırma, ictimai sərmayələr və xidmətlər naziri ilə görüşmüşdür.

Görüşdə Argentinanın peyk sənayesi və nüvə texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlərinin Azərbaycan bazarına sərmayə qoymaqda maraqlı olduqları vurğulanmışdır.

Bu il dekabrın 2-dən 5-dək “Bakutel-2014” sərgisi çərçivəsində ilk Azərbaycan-Argentina yüksək texnologiyalar forumunun keçirilməsi qərara alınmışdır.

Sonra Azərbaycan Respublikası və Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri ilə istifadəsinə dair əməkdaşlıq haqqında Çərçivə sazişi imzalanmışdır.

Eyni zamanda, Argentinanın aparıcı dövlət süni peyk şirkəti İNVAP-ın icraçı direktoru ilə görüş keçirilmiş, şirkətin Azərbaycanda fəaliyyət strategiyası təqdim edilmişdir.

Nazir Ə.Abbasov martın 13-də Argentina Atom Enerjisi Komissiyasının (CONEA) prezidenti ilə görüşmüşdür. Şirkətin sülh məqsədləri üzrə nüvə-atom texnologiyalarının inkişafı barədə məlumat verilmiş və perspektiv proqramlarına dair təqdimat keçirilmişdir.

Argentinanın dövlət peyk, radio və telekommunikasiya şirkəti ARSAT-ın Buenos-Ayresdə yerləşən yerüstü idarəetmə mərkəzində keçirilən təqdimatda da şirkətin fəaliyyəti və gələcək planları barədə məlumat verilmişdir. ARSAT-ın “Azərkosmos” ASC ilə əməkdaşlıq əlaqələrinin qurulması və peyk tutumlarının kommersiya əsasında qarşılıqlı satışının həyata keçirilməsində maraqlı olduğu bildirilmişdir.

Daha sonra nazir Əli Abbasov Argentinanın elm, texnologiya və produktiv innovasiyalar naziri ilə ikitərəfli görüş keçirmişdir. Argentinalı nazir 2013-cü ildə ölkəmizə səfərinin onda böyük təəssürat yaratdığını, İKT sahəsinin prioritet elan edilməsini yüksək qiymətləndirmiş və Azərbaycanla elmi tutumlu məhsulların birgə istehsalında maraqlı olduğunu vurğulamışdır. Nazir ölkəmizdə yüksək texnologiyalara xüsusi önəm verildiyini əsas gətirərək gələcəkdə Argentina-Azərbaycan birgə müəssisələrinin yaradılmasını təklif etmiş və bu təklif dəstəklənmişdir. Bu istiqamətdə həm Azərbaycanda, həm də Argentinada sahibkar qruplarla məsləhətləşmələr aparılaraq, müvafiq təkliflərin hazırlanması qərara alınmışdır.

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə səfər çərçivəsində görüş və müzakirələrdə iştirak etmişdir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/05/2019 22/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek