Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






İştirakçı xəbərləri

11.09.2013 15:52

“Cybernet” şirkətiTacikistan Respublikasında vergi informasiya sistemi layihəsini uğurla həyata keçirmişdir

Bakı- 5 sentyabr 2013-cü il

Azərbaycanın iri İT şirkətlərindən biri olan “Cybernet” MMC Tacikistan Hökuməti yanında Vergilər Komitəsi üçün iri layihəni uğurla tamamlamışdır. Bu barədə Tacikistan Vergilər Komitəsinin rəsmi açıqlamasında bildirilir. Belə ki, Tacikistan Vergilər Komitəsi tərəfindənbir il ərzində Rusiya, Qazaxıstan, Gürcüstan, Baltikyanı ölkələri və Azərbaycanın vergi informasiya idarəetmə sahəsindəki təcrübəsi öyrənildikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin informasiya sistemi sahəsindəki təcrübəsi əsas olaraq götürülmüş, “Cybernet” şirkətinin bu sahədəki həllərinə üstünlük verilmişdir. “Cybernet” şirkətinin təklif etdiyi sistemin sadəliyi, effektivliyi, geniş imkanları, həm də vergi ödəyicilərinə heç bir əlavə xərc yaratmaması Tacikistan Vergilər Komitəsi tərəfindən qiymətləndirilən əsas seçim meyarı olmuşdur. Qeyd edək ki, cari il ərzində aparılmış analiz, proqramlaşdırma və quraşdırma işləri vaxtından 4 ay əvvəl və uğurla başa çatdırılaraq, sentyabr ayından sistemin tətbiqinə başlanılmışdır. Layihə bütün ölkəni əhatə edəcəkdir.

Məlumatda həmçinin bildirilir ki, yaxın zamanda Azərbaycan Vergilər Nazirliyinin Vergi informasiya idarəetməsi  sahəsindəki təcrübəsi daha dərindən öyrənilərək, “Cybernet” şirkətinin digər həllərinin də tətbiqi planlaşdırılır.

“Cybernet” şirkəti 2012-ci ildən başlayaraq Azərbaycandakı uğurlu təcrübəsini ölkəmizdən kənara çıxarmaqla, İT sahəsində ölkəmizin ixracatında əhəmiyyətli yer tutmaqdadır. Şirkət rəhbərliyindən verilən məlumata görə, hazırda Orta Asiya ölkələrinin müxtəlif qurumları ilə effektiv əməkdaşlıqlar qurulmuş və yeni layihələrin həyata keçirilməsi üçün danışıqlar aparılmaqdadır.

2004-cü ildə yaradılmış “Cybernet” MMC Azərbaycanın elektron hökumət sahəsində iri layihələri həyata keçirən İT şirkətlərindən biridir. Şirkət yarandığı vaxtdan etibarənbu sahədə təqdim etdiyi həllər sayəsində əhəmiyyətli rolu ilə tanınmışdır. Avtomatlaşmış Vergi İnformasiya Sistemi, Elektron Hökumət Dövlət İnformasiya Sistemi, Mobil İmza və digər bu kimi irimiqyaslı layihələr “Cybernet” şirkətininuğur göstəricisidir.Nəzərinizə çatdıraq ki, "Cybernet" MMC 2011-ci ildən “SynergyGroup”-a daxil olmaqla,informasiya texnologiyaları sektorunda müasir Azərbaycanın biznes simasına çevrilməkdədir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  22/05/2019 23/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek