Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sənaye xəbərləri

30.08.2013 10:57

Azərbaycanda İKT üzrə statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması üzrə müzakirələr aparılır

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RITN) «Azərbaycanda 2013-cü ilin «İKT ili» elan edilməsi ilə bağlı Tədbirlər Planı» üzrə tədbirlərin icrasını davam etdirir.

 

Tədbirlər Planında yer alan «İKT üzrə statistikanın beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi bəndi» üzrə işlər həyata keçirilir.

 

«APA-Economics»in RİTN-ə istinadən verdiyi məlumata görə, bu bəndə müvafiq olaraq, cari il ərzində Dövlət Statistika Komitəsi (DSK) tərəfindən təsdiq olunmuş İKT üzrə hesabat formalarının təkmilləşdirilməsi məqsədilə rəsmi statistik hesabat formalarına dair təkliflər hazırlanaraq DSK-ya təqdim olunub.

 

Ötən ilin yekunlarına görə, ölkədə İKT-nin tətbiq səviyyəsinin ölçülməsi üçün DSK tərəfindən cari ilin fevral-mart aylarında ev təsərrüfatlarında İKT-dən istifadəyə dair seçmə müşahidə keçirilib və müşahidənin nəticələrini əks etdirən «Azərbaycanda informasiya cəmiyyəti 2013» məcmuəsi nəşr olunub.

 

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ölkələrin İKT statistikalarının beynəlxalq statistikaya uyğunlaşdırılması, MDB ölkələrinə bu sahədə köməkliklərin göstərilməsi, qarşılıqlı təkliflərin öyrənilməsi və müzakirələrin aparılması məqsədilə cari ilin aprelin 24-26-də Naxçıvanda «Rabitə/İKT göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması» adlı regional seminar keçirilib.

 

Hazırda İKT üzrə statistikanın beynəlxalq statistikaya uyğunlaşdırılması məqsədilə beynəlxalq təşkilatlar tərəfindən hər il doldurulması üçün təqdim olunan, lakin doldurulması mümkün olmayan göstəricilər hazırlanaraq iyun ayında DSK-ya təqdim olunub. Hazırda bu istiqamətdə birgə müzakirələr aparılır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/05/2019 22/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek