Site map
Contacts
Archive
Azərbaycan
versiyası






Industry News

08.08.2014 13:40

Azərbaycanlı Rusiya rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini təyin olunub

Bakı -APA-Economics. Rəşid İsmaylov Rusiya Federasiyası rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini təyin olunub.

APA-Economicsin məlumatına görə, bu barədə nazirliyin yaydığı press-relizdə qeyd olunub.

Yeni vəzifədə R. İsmaylov informasiya texnologiyaları sahəsinin inkişafı və nazirliyin beynəlxalq əlaqələr istiqamətinə rəhbərlik edəcək. Qeyd edək ki, R. İsmaylovdan öncə bu vəzifəni Mark Şmuleviç tutub.

Ötən ilin yanvar ayından etibarən R. İsmaylov nazirliyin beynəlxalq əməkdaşlıq departamentinə rəhbərlik edib.

Nazirliyin beynəlxalq əməkdaşlıq departamentinə rəhbərlik etdiyi dövrdə, Rəşid İsmaylov özünü məsuliyyətli rəhbər və vaxtında düzgün qərar qəbul etmək bacarığı ilə seçilib. Bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıqdan əldə olunan təcrübə ona informasiya texnologiyaları sahəsinin inkişafı ilə bağlı qarşıda duran vəzifələri yerinə yetirmək üçün çox kömək edəcək, - deyə rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov qeyd edib.

R. İsmaylov 1965-ci ildə Bakıda anadan olub.

1991-1998-ci illərdə İT və konsaltinq sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərdə, 1998-2005-ci illərdə Ericsson Russia, 2005-2010-cu illərdə isə Nokia Siemens şirkətində rəhbər vəzifələrdə çalışıb.

all news



JOIN US!
Top news
SUPPORT



TRAVEL PARTNER
Premier Tour
SECURITY PARTNER
OFFICIAL HOTELS
Qafqazpoint


SheratonBaku
Warning!
Free shuttle buses now depart from Koroglu station.
EXCHANGE RATES
  06/12/2019 07/12/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
WEATHER



      BakuTel is Copyright © 2000-2019 All rights reserved. Hosted by VebTek