Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sənaye xəbərləri

28.02.2014 09:26

Braziliya ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 27 fevral, SalamNewsRabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Braziliyanın ölkəmizdəki səfiri Santyaqo Luis Bento Fernandes Alkasar ilə görüşüb.

SalamNews-un nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanla Braziliya arasında dostluq müstəvisində genişlənən əlaqələrin bütün sahələrdə əks olunduğunu deyən nazir Əli Abbasov digər sahələrdə olduğu kimi, İKT sahəsində də əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu vurğulayıb. İlbəil möhkəmlənən münasibətlərin uğurlu inkişafının təmin edilməsində qarşılıqlı marağın olduğuna diqqət çəkən nazir gələcək əməkdaşlıq istiqamətləri, perspektivlərdən söz açıb.

Azərbaycanda gedən sürətli inkişaf prosesləri ilə tanış olduğunu deyən Santyaqo Luis Bento Fernandes Alkasar da ikitərəfli təmaslarda müşahidə olunan yüksək dinamikanı vurğulayaraq, əməkdaşlıq üçün geniş imkanların olduğunu dilə gətirib. İKT sahəsində münasibətlərin inkişafından da söz açan diplomat Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri telekommunikasiya sərgisi olan “Bakutel”ə Braziliya şirkətlərinin də maraq göstərdiyini vurğulayıb. Səfir ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.


bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek