Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sənaye xəbərləri

28.02.2014 10:13

“Azərspace”: Hazırda Azərbaycanda 1 milyondan artıq çanaq antenası milli peykə tuşlanıb

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycanın milli telekommunikasiya peyki “Azərspace” orbitə çıxarılmamışdan əvvəl ölkə əhalisinin bir qismi çanaq antenalarını Türkiyə, Rusiya və eləcə də Avropa ölkələrinin peyklərinə tuşlayaraq onların yayımladığı telekanallara baxırdı”.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ildə ilk telekommunikasiya peykimiz fəaliyyətə başladıqdan sonra bu sahədəki vəziyyət müsbətə doğru dəyişməkdədir.


“Azərspace”də yayımlanan kanalların sayının günü-gündən çoxalması və yayımın keyfiyyətli şəkildə əhaliyə çatdırılması ona olan marağı artırıb. Hazırda milli telekommunikasiya peyki vasitəsilə yayımlanan telekanallara baxanların sayı artıb. Təqribi hesablamalara görə, təkcə Azərbaycanda bu gün 1 milyondan artıq çanaq antenası “Azerspace-1” peykinə tuşlanıb.


Hazırda “Azərspace-1” peyki üzərindən 60-dan çox yerli və xarici televiziya və radio kanalı yayımlanır. Əhali bu kanalları tam ödənişsiz olaraq izləyə bilər. Bunların 51-i televiziya, 13-ü isə radio kanalıdır.


Qeyd edək ki, bir müddət öncə Azərbaycan mətbuatında Ukraynanın bir neçə televiziya kanalını “Azərspace” üzərindən yayımlamaq niyyətində olması ilə bağlı informasiyalar yayılıb. "Azərkosmos"dan sözügedən məlumatlarla bağlı da rəsmi mövqe açıqlanıb: “Hazırda Ukraynanın bir kanalı “Azerspace-1” peyki vasitəsilə yayımlanır”.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/05/2019 22/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek