Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sənaye xəbərləri

07.03.2014 14:04

«Azerspace»dən gürcü telekanalları yayımlanacaq

Bakı. Aynur Əliyeva – APA-Economics. Gürcüstanın bir neçə telekanalı «Azerspace/Africasat-1a» peyki vasitəsilə yayımlana bilər. «APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, hazırda bu ölkənin «Obieqtivi TV», «2TV», «Comedy Arkhi», «Vip TV», «Trialeti», «TV 3», «GDS TV» və «Quality Channel» telekanallarının test yayımı həyata keçirilir.

«Azərkosmos» ASC-dən bildirilib ki, adıçəkilən kanalların test yayımı uğurla həyata keçirilir və özünün çanaq antenasını «Azerspace/Africasat-1a» peykinə tuşlayan vətəndaşlar rahat şəkildə həmin kanallara baxa bilərlər.

Qeyd edək ki, ötən il fəaliyyətə başlayan Azərbaycanın ilk telekommunikasiya peyki üzərindən 60-dan artıq yerli və xarici televiziya və radio kanalı yayımlanır. Bunların 51-i televiziya, 13-ü isə radio kanalıdır. Əhali bu kanalları tam ödənişsiz olaraq izləyə bilir.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/05/2019 20/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek