Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sənaye xəbərləri

29.05.2014 15:58

Azərbaycan poçtu internet bankçılıq xidməti göstərməyə hazırlaşır

"Azərpoçt" MMC internet bankçılıq xidməti göstərməyə hazırlaşır. Bu barədə cümə axşamı Trend-ə MMC-dən deyiblər.

MMC-dən bildiriblər ki, xidmət yaxın vaxtlarda işə salınacaq. İnternet bankçılıq servisi "Azərpoçt" plastik kart sahiblərinə sutkanın istənilən vaxtı bank hesablarını idarə etməyə, hesabdakı qalığı öyrənməyə, kartı bloka almağa, keçirilmiş əməliyyatlar üzrə çıxarışlar almağa, mobil rabitə, kommunal və digər xidmətlərin ödənişini həyata keçirməyə imkan verəcək.

Hazırda "Azərpoçt" ödəniş kartlarının sayı 15 minə çatır. Kartalara "MilliKart" prosessinq mərkəzi tərəfindən xidmət göstərilir.

"MasterCard"ın prinsipial üzvü olan "Azərpoçt" şəbəkəsində bankomatların sayı 15, POS-Terminalların sayı isə 50-dən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  15/09/2019 16/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek