Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sənaye xəbərləri

08.08.2014 12:33

“Azərkosmos” Əfqanıstanın televiziya yayımı bazarına daxil olub

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərkosmos” ASC Əfqanıstanın Payvastun Media Kommunikasiya (APMC) şirkəti ilə Batur TV-nin “Azərspace-1” üzərindən açıq yayımı və ilə bağlı müqavilə imzalayıb.

“Azərkosmos”dan “APA-Economics”ə verilən məlumata görə, Batur TV milli peykimiz üzərindən yayımlanacaq ilk əfqan telekanalıdır.

İmzalama zamanı APMC-nin prezidenti Masud Ameri “Azərkosmos” komandasının müqaviləyə hazırlıq mərhələsində göstərdiyi həvəs və peşəkarlığı yüksək qiymətləndirib.

APMC şirkəti “Azərkosmos”la əməkdaşlığa ilk dəfə bu il Əfqanıstanda keçirilən prezident seçkiləri zamanı qısamüddətli tutum istifadəsi xidmətində istifadə etməklə başlayıb. “Azərkosmos”un göstərdiyi xidmətdən razı qalan şirkət daha uzunmüddətli müqavilə imzalamaq qərarına gəlib.

M. Ameri “Azərkosmos”la digər Əfqanıstan telekanallarının da “Azərspace-1” peyki üzərindən yayımlanması və Azərbaycan və Əfqanıstan arasında peyk kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin perspektivlərini müzakirə edib.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/05/2019 20/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek