Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sənaye xəbərləri

29.08.2014 12:32

Seysmik stansiyalardan telemetriyaların ötürülməsi üçün Azərbaycan peykinin resurslarından istifadə oluna bilər

Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) respublika ərazisində quraşdırılan seysmik stansiyalardan telemetrik məlumatların ötürülməsi üçün "Azerspace-1" telekommunikasiya peykinin resurslarından istifadə imkanlarını nəzərdən keçirir. Bu barədə bazar ertəsi Trend-ə Mərkəzin baş direktorunun müavini Azay Rzayev bildirib.

Onun sözlərinə görə, hazırda RSXM və "Azərkosmos" ASC peykin resurslarından istifadə imkanlarını müzakirə edirlər: "Hazırda telemetrik məlumatların ötürülməsi üçün xarici peyklərin resurslarından istifadə olunur, həmin peyklərin icarəsi isə Mərkəzə kifayət qədər baha başa gəlir. Вununla əlaqədar Azərbaycan peykinin resurslarından istifadəyə baxılır. Danışıqlar aparılır və biz Azərbaycanın rabitə peykinin təklifini müzakirə etmək, bizə təklif olunan tariflərə baxmaq niyyətindəyik".

Azərbaycanda çalışan seysmik stansiyaların ümumi sayı 35-dir. Seysmik avadanlıqların tədarükçüsü ABŞ-ın "Kinemetrics" şirkətidir.

Bütün stansiyalar peyk sisteminə qoşulub. Baş stansiya Bakıda Akademiya şəhərciyinin ərazisində yerləşir. Peykin köməyi ilə informasiya respublikanın seysmik aktiv nöqtələrində quraşdırılmış vibrasiyalı ötürücülərdən real zaman rejimində oraya daim daxil olur. Məlumatların işlənməsindən sonra sistem zəlzələnin dəqiq yeri, onun gücü və vaxtı haqqında məlumatlar verir. RSXM-in korporativ şəbəkəsinə "Delta Telecom" şirkəti tərəfindən xidmət göstərilir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/11/2019 21/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek