Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sənaye xəbərləri

11.04.2015 12:21

Macarıstan Azərbaycanda regional DATA-mərkəzin yaradılmasında iştirak edəcək

Macarıstan Azərbaycanda “Tier3” səviyyəsində regional DATA-mərkəzinin inşa edilməsi layihəsinə investisiya qoymaq niyyətindədir.

Trend bu barədə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, DATA-mərkəzin inşaatı ilə bağlı məsələ bu yaxında keçirilən İnnovativ Texnologiyalar üzrə Azərbaycan-Macarıstan Müştərək İşçi Qrupunun görüşündə nəzərdən keçirilib.

Macarıstan tərəfi işlərlə bağlı ətraflı məlumatlandırılıb.

DATA-mərkəzin istismara verilməsi “bulud” servislərinin populyarlaşmasını və “bulud” texnologiyalarına keçid prosesinin sürətləndirilməsini ehtiva edir. Bu mərkəz öz tipinə görə regionda ilk layihə hesab oluna bilər. Gələcəkdə DATA-mərkəzin bölgənin və dünyanın iri şirkətlərinə, o cümlədən “Facebook” və “Google” şirkətlərinə də xidmət göstərəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2019 21/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek