Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sənaye xəbərləri

08.07.2013 12:14

Nazir Əli Abbasov: «Azərbaycanda mobil telefon nömrələrinin daşınması sistemi avqustun 1-dən tətbiq olunacaq»

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda mobil telefon nömrələrinin daşınması sisteminin (Mobile Number Portability) bu ilin avqust ayının 1-dən etibarən tətbiqi planlaşdırılır.

«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

 

Ə.Abbasovun sözlərinə görə, artıq yeni sistemin tətbiqi ilə bağlı Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorlarına müvafiq tapşırıq verilib: «Mobil operatorların bunun üçün kifayət qədər imkanları var. Onlara nömrələrin daşınması sisteminin avqustun 1-dən tətbiqi ilə bağlı tapşırıq verilib».

 

Xatırladaq ki, dünən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə MNP sisteminin tətbiqinin ləngiməsinin mobil rabitə operatorlarının texniki baxımından buna tam hazır olmaması ilə bağlı olduğunu vurğulayıb: «Mobil rabitə operatorları texniki baxımdan layihənin tətbiqinə tam hazır olan kimi, nömrələrin daşınmasına başlanacaq».

 

Qeyd edək ki, ilk öncə layihənin cari ilin may ayının əvvəlində, daha sonra isə iyunun əvvəlində tətbiqi planlaşdırılırdı.

 

Xatırladaq ki, Azərbaycanda MNP xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes tərəfdaşları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/11/2019 21/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek