Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sənaye xəbərləri

19.07.2013 11:31

İnam Kərimov: Azərbaycanda elektron xidmətlərin inkişafı vətəndaşlar və dövlət orqanları arasında münasibətləri keyfiyyətcə dəyişdirib

Azərbaycanda elektron xidmətlərin inkişafı vətəndaşlar və dövlət orqanları arasında münasibətləri keyfiyyətcə dəyişdirib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

İ.Kərimov "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" layihəsi üzrə ictimai dinləmələrdə bildirib: "Əgər əvvəl vətəndaşlar bu və ya digər xidmətlərin və ya sənədlərin onlara verilməsi ilə bağlı müxtəlif strukturlara müraciət edirdilərsə, indi dövlət özü müasir və sadə imkanlar təklif edir ki, bununla da vətəndaşlar özlərinə lazım olan xidməti əldə edə bilərlər".

Kərimovun sözlərinə görə, son illər bu sahənin inkişafına yönəldilən mütərəqqi tədbirlər keçirilir: "Belə əhəmiyyətli tədbirlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevin "ASAN xidmət"in yaradılması haqqında imzaladığı sərəncam oldu. "ASAN xidmət"in fəaliyyəti şəffaflığı əhəmiyyətli dərəcədə artırmağa, xüsusilə də korrupsiya daxil olmaqla digər neqativ halları azaltmağa imkan verir. Məlum olduğu kimi, korrupsiyaya qarşı ən yaxşı mübarizə onun yarandığı mühiti aradan qaldırmaqdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  22/05/2019 23/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek