Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sənaye xəbərləri

19.07.2013 11:31

Azərbaycanın ilk telekommunikasiya peyki kommersiya fəaliyyətinə başlayıb

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın «Azərsapce-1» ilk telekommunikasiya peyki bu gündən etibarən tam kommersiya fəaliyyətinə başlayıb.

«APA-Economics»in xəbər verdiyi kimi, bununla bağı olaraq «Azərkosmos» ASC və «ANS Müstəqil Yayım və Media» şirkəti arasında «Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında» müqavilə imzalanıb. Sənədi «Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev və «ANS Müstəqil Yayım və Media» şirkətinin prezidenti Vahid Mustafayev imzalayıblar.


Bununla da bir neçə müddətdir həyata keçirilən test-sınaq əməliyyatlarından həm yerli, həm də xarici TV və radio kanallarının milli peykdən tam kommersiya əsaslı yayımına başlanılacaq.

İlkin mərhələdə yerli kanallarla yanaşı, ingilis, rus, türk və fars dillərində ümumilikdə 50-dək TV və radio kanalı yayımlanacaq, sonradan isə mərhələli şəkildə yayımlanan kanalların sayı daha da artırılacaq.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/11/2019 20/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek