Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






22.01.2015 16:14

Post-şou reliz: Bakutel 2014

2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində Xəzər və Qafqaz regionlarının irimiqyaslı tədbiri - Telekommunikasiya və İnformasiya texnologiyaları (Bakutel 2014) sərgisi keçirildi. Bu il sərgi öz 20 illik yubileyini qeyd edirdi. Keçirildiyi illər ərzində sərgi Xəzəryanı regionun aparıcı İKT forumu mövqeyini qazanmaqla yanaşı, hər il dünya ictimaiyyətinin diqqətini özünə cəlb edir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin Bakutel sərgisini ziyarət etməsi onun yüksək statusunu bir daha vurğulayır. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərginin inkişafı, formalaşması və ona yeni impulsun verilməsində xüsusi rol oynamaqla yanaşı, sərgiyə böyük dəstək göstərir.  Hər il bu sərgi və konfransa yüksək vəzifəli qonaqlar gəlir və onlar sərgi çərçivəsində keçirilən sərginin açılış mərasimi, konfranslar və digər tədbirlərdə iştirak edirlər. 20 il ərzində sərgidə dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkət və yüz mindən çox ziyarətçi iştirak etmişdir. Aralarında Koreya, Fransa, Kanada, Litva və digər ölkələrin yer aldığı 19 dünya ölkəsi sərgidə milli pavilyonlar nümayiş etdirdilər. Hazırda bazarda uğurla fəaliyyət göstərən iri yerli şirkətlər öz fəaliyyətinə məhz Bakutel sərgisindən başlayıblar.

Sərginin birinci iş günündə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev sərgiyə səfər etdi. Yubiley sərgi boyu dövlət başçısının rəhbərlik etdiyi VIP-turda Azərbaycan, Sudan, Türkiyə, Misir, İran, Bolqarıstan, Macarıstan və digər ölkələrin sənaye nazirləri, eləcə də İKT sahəsinin bir çox mütəxəssis, rəhbər və  ekspertləri iştirak edirdilər. VIP-tur əsnasında Azərbaycanın peyk operatoru “Azerkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında “Azersky” adlı  “Spot 7” müşahidə peykinin Azərbaycana transferi barədə müqavilə imzalandı. Müqavilənin imzalanmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edirdi. Prezident simvolik peyk görünüşünü əldə etməklə yanaşı, “Azersky” peykinin kommersiya fəaliyyətinə start verdi. Dövlət başçısı sərgidə milli və xarici pavilyonlarla tanış oldu və sərgi ilə tanışlıq zamanı Avropanın “Euronews” telekanalına müsahibə verdi. Daha sonra ölkə başçısı sərgi iştirakçılarına uğurlar arzulayaraq xatirə şəkli çəkdirdi.

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Hamadun Ture əlamətdar yubiley münasibətilə Bakutel sərgisinin təşkilatçılarını təbrik etməklə yanaşı, İKT sahəsinin inkişafında gördükləri böyük işlərə görə öz minnətdarlığını bildirdi. Azərbaycan, Türkiyə, Rusiya, İsrail, İran, Macarıstanın sənaye nazirləri, İKT sahəsinin  tanınmış mütəxəssisləri, rəhbərləri, və sərmayədarları konfranslardakı çıxışlarında və jurnalistlərə verdikləri müsahibələr zamanı bayram salamlarını və təbriklərini səsləndirdilər.

Yubiley Bakutel sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edirdi və bunların arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, məşhur brendlərin distribyutorları var idi. Sərgi ekspozisiyası və konfranslar Bakı Ekspo Mərkəzinin üç zalını əhatə edirdi. Foyedə Azərbaycanın milli pavilyonu yerləşdirilmişdi və burada son illərdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilmiş işlər, habelə İKT sahəsinin inkişafı üzrə gələcək planlar barədə tam məlumat verilirdi. Həmçinin, burada Birləşmiş Millətlər Təşkilatının (BMT) pavilyonu yerləşirdi və bu pavilyonda İKT sahəsinə təsir göstərən layihələr nümayiş etdirilirdi. Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilk dəfə olaraq Bakıda keçirilən sərgidə öz stendi ilə iştirak edirdi. Bu il Azərbaycan ITU-nun Koreyanın Pusan şəhərində keçirilən konfransında İKT sənayesinin inkişafında aktiv fəaliyyəti və verdiyi töhfəyə görə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının əsas idarəetmə orqanının üzvü seçildi.

ITU-nun stendi İttifaqın qarşıdan gələn 150 illik yubileyinə və bu illər ərzində İKT sənayesində baş vermiş texnoloji inkişafa həsr edilmişdi. Azərbaycan “Bakı 2015” Avropa Oyunlarına fəal hazırlaşır və Bakutel sərgisi bu əlamətdar hadisəni əks etdirməyə bilməzdi. Foyedə yerləşdirilən “Baku 2015” adlı stenddə bu oyunlara hazırlıq prosesi, texnoloji avadanlıqlar və gələn il keçiriləcək ən böyük idman bayramında bizim hamımızı gözləyən yeniliklər əks etdirilirdi.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə təşkil edilmiş milli pavilyonların fəal iştirakı artıq Bakutel sərgisinin ənənəsinə çevrilmişdir. Bu il Böyük Britaniya, İsrail, İran, İtaliya, Kanada, Türkiyə, Estoniya və bir sıra digər ölkələr sərgidə innovasiyalı proqramları nümayiş etdirməklə bərabər, İKT sahəsinin məhsul və xidmətlərinin təqdimatlarını keçirdilər. Bütün milli pavilyonlar Bakı Ekspo Mərkəzinin ikinci zalında yerləşdirilmişdi.

Bakı Ekspo Mərkəzinin birinci zalını eksponentlərin ümumi sayının 40%-ni təşkil edən daimi iştirakçılar və debütantlar tutmuşdu. “Avirtel LLC”, “Azercell Telecom LLC”, “Azerfon LLC”, “Azqtel LLC”, “Aztelekom PU”, “BAKCELL”, “BestComp Group”, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB), “Caspel”, “Сaspian Navtel”, “Connect”, “Delta Telecom LTD”, “Iskratel”, “HP”, “Microsoft Azerbaijan LLC”, “R.I.S.K. Company”, “SINAM Ltd.”, “Smart Systems Technology LLC”, “Softline International”, Teleradio İB və “Ultra Technologies” kimi şirkətlər daimi iştirakçılar arasında yer alırdı. Bu il yeni iştirakçılar böyük fəallıq nümayiş etdirdilər. Bunlar əsasən xarici şirkətlərdir və Azərbaycanın iqtisadi göstəricilərinin artımı ilə əlaqədar olaraq, onların yerli bazarı marağı nəzərəçarpacaq dərəcədə artıb. Bakutel 2014 sərgisində ilk dəfə olaraq, “Schneider Electric”, Finlandiyanın layihə şirkəti “Tecnotree”, “Smartlink” (İsveçrə), “Corning Optical Communications GmbH & Co. KG” (ABŞ) və “Procera Networks” (ABŞ), “Erat Telecom” və “Erstream” (Türkiyə), “Sei Trading India” (Hindistan), “Baltic Servers” (Litva), “GW Delight Technology” və “Hytera Communications Corporation Limited” (Çin), “Sumitomo Electric” (Yaponiya), “NVAP” və “ARSAT” (Argentina) kimi şirkətlər ayrıca stendlərlə təmsil olunurdu. Argentina ilk dəfə idi iki, bu sərgidə iştirak edirdi.

Debütantların tərkibinə həmçinin “startap”lar da daxil idi və onlar bu il rekord göstəricilərlə təqdim olundu.  Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Azərbaycanın “startap”larına böyük dəstək göstərilir və bu dəstək Bakutel sərgisinin ənənələrindən biridir. Sənaye və dövlət strukturlarının liderləri ilə bərabər regionun ən böyük İKT tədbirində iştirak etmək dövlət və özəl investisiyaların əldə edilməsi məqsədilə, öz layihəni təqdim etmək baxımından unikal şans verir. Bu il 30-dan artıq gənc layihəçi bu şansdan istifadə etməklə yanaşı, sərgi çərçivəsində öz innovasiyalı proqram və xidmətləri barədə danışdılar. Bütün “startap”lar Bakı Ekspo Mərkəzinin ikinci zalında Yüksək Texnologiyalar Parkının stendində yerləşdirilmişdi.

Bu il sərgi ekspozisiyasında telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, avadanlıqlar və teleradio yayım texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları və yüksək texnologiyalar nümayiş etdirilirdi. Sərgi iştirakçılarının 45%-i öz təqdimatları barədə məlumat verdilər. Bunların sırasında bir neçə dəqiqə ərzində şəxsi sayt yaratmaq, istənilən növ avadanlıq üçün yeni “onlayn” televiziya və mobil telefonlar üçün proqram hazırlamaq, habelə aşağı sürətli internet vasitəsi ilə televerilişlərə baxmağa imkan verən Azərbaycan dilində ilk platformanın, art-instalyasiyaları nümayiş etdirən “LED” video-divarlarının, avtomobillərin izlənməsi və avtoparkların idarə edilməsi üçün “GPS” sistemləri üzrə ən yeni texnologiyaların, habelə Mobil Pul Kisəsi üzrə həll variantlarının təqdimatı keçirildi. Sərgidə həmçinin fiber-optik kabellərin bitişdirilməsi (birləşdirilməsi) üzrə cihazlar, optik lif, “FTTH” (Fiber-to-the-home)  texnologiyası üzrə kompleks həll variantları və xidmətlər, peyk və yerüstü sistem və aksessuarlar üzrə keyfiyyətli həll variantları, o cümlədən ofset parabolik və planetar antenalar, yerüstü antenalar, qovşaq stansiyaları, eləcə də səyyar radio-əlaqə qurğuları nümayiş etdirilir. “Epson Moverio”  eynəkləri - həm videoya baxmaq, həm də tibdən muzeyə qədər müxtəlif peşə sahələri üçün nəzərdə tutulmuş unikal “qadcet”, sizi video-oyun və digər kompyuter əyləncələrinə cəlb etmək üçün nəzərdə tutulmuş “OculusRift” adlı innovativ virtual reallıq dəbilqəsi də nümayiş etdirildi.

Sərginin 20 illik yubileyi ilə əlaqədar olaraq əlavə tədbirlər proqramının keçirilməsi planlaşdırılmış və həyata keçirilmişdir. Yubiley proqram çərçivəsində keçirilən ilk tədbir noyabrın 8-də saat 12:00-da “High Tech Park” kompleksində təşkil edilmiş “Yeni həyat: texnologiyadan incəsənətə” adlı tədbir oldu. Bu dəfə Bakutel sərgisinin iştirakçıları öz övladları ilə birlikdə kompyuter detallarından sərginin yubiley loqosunu və Bakutel saatını hazırladılar. Bu hadisə öz həmfikirləri ilə qeyri-rəsmi şəraitdə görüşməkdən məmnun qalan eksponentlər üçün əsl bayram oldu. Bakutel sərgisinin bütün ziyarətçiləri isə hazırlanmış bu loqonu bilavasitə sərgidə görə bilərdilər. Bundan başqa, foyedə son 20 il ərzində sərginin tarixi məqamlarını əks etdirən yubiley stendi də yerləşdirilmişdir.

Yubileyə həsr edilmiş daha bir tədbir 3 dekabr tarixində sərginin rəsmi açılışına həsr edilmiş axşam ziyafəti zamanı keçirildi, belə ki, Azərbaycan Diplomatik Akademiyasına (ADA) qəbul zamanı 700 ball toplayaraq İnformasiya texnologiyaları və Mühəndislik sistemləri fakültəsinə daxil olmuş birinci kurs tələbəsi Könül Qurbanlıya xüsusi mükafat təqdim olundu. Sərginin bütün iştirakçı şirkətlərinə qeyri-adi xatirə suvenirləri verildi.

Bundan əlavə, bütün iştirakçı və ziyarətçiləri sərginin yubileyinə həsr edilmiş müxtəlif sürpriz və suvenirlər gözləyirdi. Müasir oyun texnologiyalarının həvəskarları üçün Bakı Ekspo Mərkəzinin foyesində oyun zonası yerləşdirilmişdi və burada hər bir kəs virtual dünyada qol vurmaqla yanaşı, özlərini yarış trasında sınaya bildilər. Kompleksin girişində isə  ilk dəfə olaraq öz şou-proqramları ilə Bakıda çıxış edən robotlar ziyarətçiləri salamlayırdı.

Yubiley Bakutel sərgisi mütəxəssislərin geniş işgüzar ünsiyyəti formatında keçirilməklə bərabər, dünyanın İKT sənayesində ən müasir təmayüllərin, eləcə də Azərbaycanda İKT sahəsinin inkişaf perspektivlərini müzakirə etməyə imkan verdi. Sərginin bütün iş günləri ərzində Bakı Ekspo Mərkəzinin üçüncü zalında müxtəlif tədbirlər təşkil olundu, belə ki, 2 dekabr tarixində “Əşyalar İnterneti” mövzusunda konfrans keçirildi. Sözügedən konfransın təşkilatçısı qismində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çıxış edirdi.  Konfrans zamanı internetin təkamül inkişafının yeni mərhələsinə dair məsələlər toxunuldu. Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Dr. Hamadun Ture, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, “Intel” şirkətinin Vitse-prezidenti Con Deyvis və digər şəxslər məruzəçilər arasında yer alırdı. Konfrans çərçivəsində panel müzakirələr və çoxsaylı sessiyalar təşkil edildi. 3 dekabr tarixində BMT-nin İnkişaf Proqramı və “Microsoft” şirkəti ilə bir yerdə təşkil edilmiş “eGov 3.0: İnkişaf təmayülləri və yeni imkanlar” adlı beynəlxalq konfrans keçirildi. Konfransda Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri konfransda iştirak etdilər. Bundan başqa, iştirakçılar arasında Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi, “Skolkovo” texnoloji parkı və “Microsoft” rəhbərlərinin nümayəndələri, eləcə də Dünya Bankının müvafiq şöbələrini, Avstriya Federal Dəftərxanasını və Türkiyə Baş Nazir Aparatını təmsil edən məsul şəxslər, o cümlədən elektron hökumət üzrə Koreya, Qazaxıstan, Çexiya, Moldova və digər ölkələrdən mütəxəssislər də iştirakçılar arasında yer almışdı. Sözügedən konfrans elektron hökumətin yaradılmasına, eləcə də onun ölkəmizdə və bütün dünyadakı fəaliyyət və inkişaf perspektivlərinə həsr edilmişdi.  Həmçinin, 3 dekabr tarixində “İnformatika təhsili – günümüzün çağırışları” mövzusunda keçirilən konfrans Azərbaycanda bu gün müasirləşməyə və yeni metodlara ehtiyac duyan İKT təhsili mövzusuna toxundu. Konfrans İKT sahəsi üzrə təhsil proqramları ilə məşğul olan “ACM Chapter” təşkilatının iştirakı ilə keçirilirdi.

Bundan başqa, sərgi çərçivəsində Bakı Ekspo Mərkəzində “Molex”, “AcmChapter”, “Karel / Coriant”, “Smart Communications”, “ROMSAT”, “RiT Technologies” və “Vision Solutions” şirkətləri tərəfindən 8 seminar təşkil olundu. “Qadınlar İT sahəsində” (“Femmes Digitales”) adlı Azərbaycanda ilk qadın klubunun açılışı da Bakutel sərgisi çərçivəsində təşkil olundu.

Həm ziyarətçilər, həm də iştirakçıların rəyinə əsasən, yubiley sərgi böyük uğurla keçdi. Bu il yubiley sərgidə 13039 nəfər ziyarətçi qeydə alındı.

Orijinal və parlaq ekspozisiya sərgidə uğurlu iştirakın komponentlərindən biridir. Stendləri bu kateqoriyaya daxil olan iştirakçılara xatirə sertifikatları verildi. Aşağıdakı nominasiyalar üzrə bu ilin iştirakçıları:

  • “Ən yaxşı korporativ üslub” - “Cybernet” şirkəti
  • “Ən yaxşı stend dizaynı” – “Azercosmos” şirkəti
  • “Ən yaxşı fəaliyyət” – “High Tech Park” şirkəti
  • “Ən yaxşı debüt” – “Eurodesign” şirkəti
  • “Müştəriləri stendə cəlb etmək üçün ən yaxşı üsul” - “Azerfon” şirkəti
  • “Ən çox ziyarət edilən stend” – “Azercell” şirkəti
  • “Ən yaxşı örtülü stend” – “Connect” şirkəti
  • “Ən yaxşı məhsul düzümü” – “Microsoft” şirkət
  • “Ən yaxşı təqdimat” – “BestComp” şirkəti
  • “Ən orijinal stend” – “ATV Plus” şirkəti

Sərginin iş günlərində “Gündəlik xəbərlər: Bakutel 2014” qəzetinin iki nömrəsi işıq üzü gördü. Qəzet bu dəfə stendlər, tədbir və konkurslar, eləcə də müsahibələr zamanı çəkilmiş parlaq foto-şəkillərin çoxluğu ilə fərqlənirdi.  Beləliklə, yubiley sərginin 20 illiyinə həsr edilmiş əlavə tədbirlər məlumat dolğunluğu, koloriti və müxtəlifliyi sayəsində xüsusi təntənə və bayram abu-havası yaratdı.

Bakutel 2014 sərgisinin baş sponsoru qismində “Intel” (ABŞ) korporasiyası çıxış edirdi. “Eurodesign” (Аzərbaycan) və “Tecnotree” (Finlandiya) şirkətləri sərginin digər sponsorları arasında yer alırdı.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakutel sərgisinin formalaşması və inkişafına əvəzolunmaz dəstək göstərir. Azərbaycanın dövlət strukturları arasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu sərgini dəstəkləyirlər. Artıq bir neçə ildir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) kimi nüfuzlu strukturlar da sərgiyə dəstək göstərir. Bakutel sərgisi beynəlxalq keyfiyyət standartları əsasında keçirilir və bu, təkcə telekommunikasiya avadanlıqları və informasiya texnologiyalarının aparıcı istehsalçılarının iştirakı ilə deyil, həm də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) nişanı ilə təsdiq edilir. 2014-cü ildə keçirilən bütün sərgilərin rəsmi tərəfdaşları “JW Marriott Hotel Absheron Baku” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), “Greenwich Travel Club” (rəsmi turoperator) və “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) şirkətləridir. Bütün bu illər ərzində sərginin təşkilatçıları qismində “Iteca Caspian”, “ITE Group Plc” və “Caspian Event Organisers” (СЕО) şirkətləri çıxış etmişlər.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek