Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






25.10.2015 15:45

Bakutel 2015 sərgisində 200-dən artıq şirkət iştirak edəcək

2-5 dekabr tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları (“Bakutel 2015”) sərgi və konfransı keçiriləcək. Regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilmişdir. Uzun illər “Bakutel” sərgisindən öz dəyərli dəstəyini əsirgəməyən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərginin inkişafında və formalaşmasında mühüm rol oynamışdır. Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Rabitə sahəsində Regional Birlik kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edirlər.

Artıq bu günə qədər Azərbaycan, ABŞ, Almaniya, Rusiya, Türkiyə, Fransa, və digər ölkələri təmsil edən 200-dən artıq şirkət sərgidə iştirak edəcəklərini təsdiqləmişlər. İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. Ənənəvi olaraq, sərgidə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Ümumilikdə, sərgidə 15 milli stendin iştirakı gözlənilir və Belarus, Bolqarıstan, Kanada, Macarıstan, İsrail, İran, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Serbiya və Xorvatiyanın iştirakı isə artıq təsdiq edilib. Sərginin qeydiyyat üzrə sponsoru “Eurodesign” şirkətidir. Regionda İKT sektoru üzrə ən böyük tədbir olan bu sərgi çərçivəsində gənc mütəxəssislərə öz ixtiraları, proqram və xidmətləri barədə danışmaq üçün imkan yaradılır və artıq bu, ənənə halını almışdır. Ötən il olduğu kimi, bununla əlaqədar sərgidə “startap” şirkətlərə iş üçün xüsusi yer ayrılmışdır. Ekspo Mərkəzinin üçüncü zalında isə İKT texnologiyaları sahəsi üzrə dövlət layihələri təqdim olunacaq.

Sərginin işini daim müşayiət edən geniş işgüzar proqram “Bakutel” sərgisinin səciyyəvi cəhətidir. Ekspo Mərkəzinin üçüncü zalında keçiriləcək çoxsaylı görüşlər, forumlar və konfranslar bütün dünyada İKT sahəsi üzrə ən son təmayülləri, eləcə də Azərbaycanda İKT sektorunun inkişaf perspektivlərini müzakirə etməyə imkan verir. Beləliklə, ölkənin İKT sahəsi bu sektor üzrə əsas tədbiri – beynəlxalq “Bakutel” sərgisini intizarla gözləyir və bu tədbirə hazırlaşır. Sərgidə işgüzar görüş və danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar sərginin bütün iştirakçı və ziyarətçilərinin yolunu gözləyir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  22/05/2019 23/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek