Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

15.02.2013 13:38

Azərbaycan «Azerspace-1» telekommunikasiya peykinin resurslarının 43%-ni artıq «Measat» operatoruna icarəyə verib

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Azerspace-1» ilk telekommunikasiya peykinin resurslarının 42-43%-i artıq 15 illik müddətə Malayziyanın «Measat» peyk operatoruna icarəyə verilib.

 

«APA-Economics»in məlumatına görə, bunu «Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev bildirib.


Onun sözlərinə görə, artıq may ayından etibarən icarə ilə bağlı ödənişlər Azərbaycan tərəfinə ödəniləcək. R.Nəbiyev onu da bildirib ki, ümumiyyətlə, bu bazar çox səmərəli və rəqabətlidir, burada qiymətləri məhz bazar təyin edir: «Hesab edirəm ki, Azərbaycanın təklif etdiyi qiymətlər rəqabətə davamlıdır».


ASC sədri onu da əlavə edib ki, «Azerspace-1» peykinin sığortalanması ilə əlaqədar bağlanılan müqaviləyə əsasən, orbitdə baş verə biləcək bütün qəza hallarında «Azərkosmos» ASC sığorta ödənişləri hesabına «Azerspace-1» layihəsini davam etdirmək imkanına sahib olacaq.


Qeyd edək ki, fevralın 8-də Fransa Qvianasının Kuru kosmodromundan Azərbaycanın ilk milli süni telekommunikasiya peyki «Azerspace-1» geostasionar orbitə çıxarılıb. ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peykt «Ariane-5» kosmik daşıyıcısı ilə orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.


Xatırladaq ki, peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək.


Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.


Azərbaycan növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  15/09/2019 16/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek