Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

21.02.2014 09:20

Əli Abbasov “Facebook”da hesabat verdi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasından 10 il ötür. Adalet.az xəbər verir ki, bu münasibitlə nazir Əli Abbasov facebook statusunda geniş yazı yayıb.

 

"Qara qızıldan insan kapitalına"

Bu gün dünyada demokratik inkişaf, dövlət idarəçiliyində şəffaflıq, həmçinin ölkələrin intellektual və elmi potensialının əsas göstəriciləri informasiya və kommunikasiya texnologiyalarının tətbiq səviyyəsi ilə ölçülür. Qlobal informasiya mühitinə inteqrasiya xəttini əsas tutan Azərbaycanda da rabitə və İKT sektorunun inkişafına böyük önəm verilərək sahə üzrə məsul dövlət qurumu formalaşdırılmış, Prezident İlham Əliyevin 2004-cü il 20 fevral tarixli Fərmanı ilə Rabitə Nazirliyi ləğv edilərək, onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaradılıb.

Bu gün ölkəmizdə telekommunikasiya və informasiya texnologiyaları sahəsinin ardıcıl və sistemli yüksəlişinin bünövrəsi özünü xalqına və onun inkişafına həsr edən ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin dəsti-xəttidir. Bu uzaqgörənlik İKT sahəsinin gələcək inkişafına verilmiş töhfəsidir. Dahi strateqin bu sahədə acdığı çığır onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla genişləndirilərək, sektorun inkişafında mühüm nailiyyətlərə yol açmışdır. RİTN-in yaradılmasından ötən 10 il ərzində ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə dünyanın, eləcə də Avropanın qabaqcıl ölkələri sırasına daxil olmasında, Cənubi Qafqaz və TransXəzər regionlarında respublikamızın İKT-lider mövqeyinin təmin edilməsində "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)", "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan), "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)"nın, eləcə də digər normativ-hüquqi aktların böyük rolu olub. İnformasiya cəmiyyətinin yaradılması üçün formalaşan müvafiq hüquqi baza ilə yanaşı, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş kompleks və ardıcıl fəaliyyət sayəsində İKT qeyri-neft sektorunda ən prioritet sahələrdən biri hesab olunub. Müstəqillik tarixinin ən əlamətdar və tarixi hadisələrindən biri kimi diqqət çəkən 2013-cü ilin 8 fevralında ilk milli peykimizin orbitə çıxarılması da məhz ölkə başçısının birbaşa rəhbərliyi və dəstəyi ilə həllini tapıb. Bu sahənin gələcək inkişafına xüsusi önəm verilərək, müvafiq Dövlət proqramlarında, o cümlədən "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nda iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması, Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi əsas istiqamətlər kimi nəzərdə tutulur.

Təsadüfi deyil ki, bu iqtisadi sektorun sürətli inkişafı baxımından hazırda qabaqcıl ölkələrlə bir sırada dayanan Azərbaycanın iqtisadi siyasətinin əsasını bu gün də İKT-nin inkişafı və hərtərəfli tətbiqi yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması təşkil edir. İqtisadi sektorun ilbəil artan dinamik inkişafı göstərir ki, Azərbaycan apardığı enerji siyasəti və həyata keçirdiyi layihələri ilə yalnız yerləşdiyi regionda deyil, bütün dünyada uğurlar qazanmaqdadır. Bu gün ölkəmiz regionda ən son texnologiyaların tətbiqi üzrə liderdir. "Aztelekom" və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin həyata keçirdiyi işlərin uğurlu nəticəsi kimi MDB məkanında ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, telekommunikasiya şəbəkələri tam elektronlaşdırılmış və telefon nömrələri beynəlxalq normalara uyğun olaraq 7 rəqəmli sistemə keçirilmişdir. Ölkədə İKT bazarında yaradılan ədalətli rəqabət mühiti fonunda özəl sektorun fəallığı artmaqdadır. "Delta Telekom" regionda internet xidmətlərinin verilməsində, "RİSK" proqram məhsullarının satışında, "SİNAM İNVEST" Orta Asiyada bir neçə layihənin həyata keçirilməsində, "Kür" MMC kompyuter və digər elektron məhsulların istehsalı, "ULTRA" kompyuter, "AzPad" və digər məhsulların satışında və s. şirkətlər ixrac potensialının artımına öz töhfələrini verir. Azərbaycan həm də elektron məhsullar istehsal edən yerli müəssisələrə malikdir. Yerli istehsal potensialının genişləndirilməsi kontekstində həm də ölkəmizdə son texnoloji yeniliklər tətbiq olunur. İKT sektorunun inkişafında mobil rabitə operatorlarının rolu danılmazdır. "Azercell" , "Bakcell" və "Azerfon" şirkətlərinin gördüyü işlərin nəticəsi olaraq bu gün mobil rabitə seqmenti genişlənmiş, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabər olub. Dünyanın bir çox ölkələri hələ "3G" texnologiyasına tam keçmədiyi halda Azərbaycan ən son mobil texnologiyanın - "4G" texnologiyasının tətbiqinə başlamışdır. Bir sözlə, İKT sektorunun uğurlu artım tempinin bundan sonra da təmin edilməsi üçün müvafiq texnoloji baza formalaşdırılmışdır. Məqsədimiz ölkənin enerji siyasətindən əldə edilən nəticələrin bazası əsasında diversifikasiyaya söykənən yeni, dayanıqlı, texnoloji tutumlu, innovativ iqtisadiyyat qurmaqdır. Bu gün ölkədə yüksək texnologiyalara, həmçinin bu texnologiyalar əsasında təşkil olunan iqtisadi sektora böyük önəm verilir. Bu istiqamətdə siyasəti həyata keçirən qurum olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi gələcək inkişafı üç əsas istiqamətdə görür. Birinci istiqamət infrastruktur layihələri, o cümlədən daxildə Azərbaycan üçün informasiya şəbəkə infrastrukturunun inkişaf etdirilməsidir. İkinci istiqamət elektron, innovativ yönümlü xidmət və məhsulların istehsalı, eyni zamanda daxili tələbatı ödəməklə yanaşı, onların xarici, regional bazarlara çıxarılmasıdır. Üçüncü istiqamət isə regional və daxili bazarda informasiya texnologiyaları xidmətlərinin genişləndirilməsi, həmçinin bu xidmətlərin xarici bazarlara çıxışının təmin edilməsidir. Beləliklə, biz İKT sektoru və bazarlarının əsas bu üç istiqamət üzrə genişləndirilməsini nəzərdə tuturuq. Məqsədimizə nail olunması üçün həyata keçirilən layihələrdən ən əsası Azərbaycanda internet infrastrukturunun tamamilə genişləndirilməsi, bu xidmətin hər kəndə, hər bir evə gətirilməsidir. Fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan "Milli genişzolaqlı internetin inkişafı" layihəsi Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir və üç il müddətinə nəzərdə tutulan layihənin icrası başlamaq üzrədir. Layihənin yekun məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 30-100 Mbit/s həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu göstərici üzrə Azərbaycan 2017-ci ilə dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxacaqdır. Eyni zamanda infrastruktur layihələrinin əsas istiqamətləri telekommunikasiya, mobil, stasionar şəbəkələrin, yeni texnologiyaların, o cümlədən LTE - 4-cü nəsil GSM və digər simsiz texnologiyaların tətbiqinin, rəqəmli televiziyanın əhatə yayımının daha da genişləndirilməsi, ona yeni kontentlərin əlavə edilməsidir. HT - yüksək təyinli televiziya sisteminin Azərbaycanda qurulması, genişləndirilməsi də həyata keçirdiyimiz infrastruktur layihələrinin əsasını təşkil edəcək. Qeyd etdiyim bu layihələrin 2020-ci ilə qədər davam etdirilməsi nəzərdə tutulur və bu layihələrinin icrasına əksəriyyəti artıq başlayıb.

İkinci istiqamət- elektron, innovativ məhsul istehsalı sahəsində bu gün ölkəmizdə nanotexnologiyalara çox böyük diqqət yetirilir, artıq bir çox yeni nəticələr əldə edilərək, yeni nanokompozitlər, nanomateriallar, elektron qurğular, işıq elementləri, elektron tabletlər, Azərbaycan dilində tam səslə idarəolunan kompüterlər, proqram təminatı, yeni mobil tətbiqləri və yeni həllərin yaradılması geniş vüsət almaqdadır. Bu gün biz o mərhələdəyik ki, artıq bunu kütləvi istehsal sahəsinə çevirməyin vaxtı çatıb. Azərbaycan bazarında yeni tipli, rəqabətqabiliyyətli müxtəlif kompyuter hissələri, kompyuter növləri, planşetlər, digər texnikaların yığılmasına böyük ehtiyac var ki, bu məhsulların regional bazara çıxışının təmin edilməsi də nəzərdə tutulur. Həmçinin kosmik texnologiyaları da genişləndirmək, inkişaf etdirmək fikrindəyik. Bu gün artıq Azərbaycana məxsus yer səthinin müşahidəsi üçün peykin aşağı yer orbitinə çıxarılması, həmçinin yüksək ayırdetməli optik peykin orbitə çıxarılması istiqamətində işlər aparılır.

Üçüncü istiqamətqeyd etdiyim kimi, İKT xidmətlərinin genişləndirilməsidir. Burada əsasən daxili kontentin genişləndirilməsi, həmçinin regional ölkələr üçün xidmətlərin istehsalı nəzərdə tutulur. Bunun üçün bir neçə layihənin icrası, o cümlədən yeni Data mərkəzlərin qurulması və yeni kontentlərin yaradılması, eyni zamanda Azərbaycanda internet şlüzlərinin genişləndirilməsi, gücləndirilməsi planlaşdırılır. Digər hədəfimiz tranzit ölkə olaraq, rəqəm trafikinin Azərbaycandan keçirilməsini və idarə edilməsini nəzərdə tutan layihələrin icrasıdır. Respublikamızın son illər informasiya texnologiyaları sayəsində yüksək inkişaf mərhələsinə qədəm qoyması regionda trans-informasiya dəhlizlərinin reallaşmasında maraqlı olduğunu təsdiqləyir. Bu gün ölkəmiz İKT sahəsində bir çox layihələrin birbaşa təşəbbüskarı kimi çıxış edir. Bu layihələrdən biri olan "Trans-Avrasiya Super İnformasiya Magistralı - TASİM" layihəsi BMT Baş Məclisinin qətnamələri ilə dəstəklənmiş və 2013-cü ilin sentyabr ayının əvvəllərində BMT Baş Assambleyasının 67-ci sessiyasında layihənin həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansı yaradılmış, "Bakutel-2013" sərgi-konfransı çərçivəsində layihə ilə bağlı beş Avrasiya operatorlararası Anlaşma Memorandumu da imzalanmışdır. Onu da qeyd etmək istərdim ki, Avrasiya Rabitə Alyansının koordinatorluğunu Azərbaycan və Beynəlxalq Telekommunikasiya İttifaqı öz üzərinə götürmüşdür. Ölkəmizi informasiya dəhlizinə çevirən növbəti bir layihə isə "Avropa-Yaxın Şərq İnformasiya Magistralı"dır. (EPEG - "Europe Persia Express Gateway"). Bu layihə sayəsində artıq 2-ci ildir ki, Frankfurt şəhərindən Omana qədər çox böyük tutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin edilir. Biz regional şəbəkə infrastrukturunun inkişafında çox maraqlıyıq. Azərbaycan hökuməti və özəl sektor qeyd etdiyimiz regional enerji layihələrinə investisiya qoyduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud olan böyük hədəflərimizin reallaşması, o cümlədən İKT sektorunda regional infrastrukturun genişlənməsi üçün nəzərdə tutulan layihələrə artıq investisiyalar qoymağa başlayıb.

Düzdür, İKT bazarı ilə bağlı qeyd olunan hədəflərimiz kiçik, təxminən 10 milyonluq əhalisi olan bir ölkə üçün böyük istəkdir. Bu məqsədlərə hansı yollarla nail olmaq istəyimizin üzərində qısaca dayanmaq istəyirəm. Burada Azərbaycan hökumətinin siyasəti əsas 3 sütun üzərində qurulub. Birincisi, yüksək texnologiyalar üçün çox vacib olan bilik potensialının formalaşması və intellektual insan resurslarının yaradılmasıdır ki, bu istiqamətdə təhsildə, elmdə, ölkənin tədqiqat institutlarında böyük canlanma müşahidə edilir. İnsan kapitalının adekvat inkişafını ön plana çəkən hökumətimiz və şəxsən Prezident İlham Əliyevin nəzarəti və xüsusi diqqəti ilə bu resursların hazırlanmasını həm islahatlar, həm beynəlxalq əməkdaşlıq, həm də investisiyalar yolu ilə gücləndirəcəkdir. Bu sahədə dünyanın aparıcı təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verilir. Azərbaycan tələbələrinin xaricdə təhsil almasını nəzərdə tutan müvafiq Dövlət Proqramı mövcuddur, eyni zamanda dövlət tərəfindən bu sahəyə böyük həcmdə investisiyalar yönəldilir, birgə tədqiqatların aparılması üçün sərmayələr qoyulur. Siyasətimizin ikinci sütununu isə yeni, çox əlverişli biznes şəraitinin yaradılması təşkil edir. Artıq bu sahədə müvafiq mexanizmlər mövcuddur, o cümlədən bir çox qanunvericilik aktlarına dəyişikliklər edilmiş, innovativ iqtisadiyyatla məşğul olan sahələr üçün vergi, gömrük şərtlərinin yüngülləşdirilməsi, xarici investisiyaların qorunması üçün bir çox qanunlar qəbul olunmuşdur. Çünki yüksək texnologiyalar sahəsində dünyanın aparıcı, qabaqcıl şirkətləri ilə əməkdaşlıq qurulmadan yüksək nəticələr əldə etmək mümkün deyil. Ona görə də ölkədə yeni biznes mühitinin formalaşması üçün bir çox addımlar atılır, yeni texnoparklar qurulur, o cümlədən ölkə başçısının xüsusi diqqəti və imzaladığı sərəncamlarla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır. Beləliklə, dövlət həm texnoparkların təşkili, həm də fiskal və monetar siyasətdə tətbiq edilən güzəştlərlə biznes mühitinin həm xarici, həm də daxili investorlar, istehsalçılar üçün cəlbedici olmasına şərait yaradır.

Üçüncü sütun isə kapitaldır. Qeyd olunduğu kimi, Azərbaycan son zamanlar enerji layihələrindən böyük gəlirlər əldə edir və dövlətin gələcək siyasətinin əsasını bu gəlirlərin böyük bir hissəsinin iqtisadiyyatın transformasiyası məqsədilə yüksək texnoloji məhsulların istehsalı, innovativ iqtisadiyyata yönəldilməsi təşkil edir. Bu istiqamətdə banklar tərəfindən böyük layihələrə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur, eyni zamanda xarici bankların maliyyə resurslarından istifadə edilməsi üçün Azərbaycan hökuməti özü zəmanətlə çıxış edir. Həmçinin bu gün ölkədə bir sıra dövlət qurumu qismində investisiya fondları, o cümlədən, Dövlət Neft Fondu, "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondu, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir. Bu fondların hər biri dövlət tərəfindən formalaşdırılır və dövlətimizin siyasəti həmin vəsaitləri güzəştli kredit və ya qrant şəklində yönəldərək yerli şirkətlərin fəaliyyətinin gücləndirilməsi, həmçinin lokal şirkətləri dünyanın aparıcı şirkətləri ilə birgə layihələrin həyata keçirilməsinə təşviq etməkdən ibarətdir. Bu vəsaitlərlə yanaşı, dövlət sifarişləri əsasında müəyyən vəsaitlər bir çox istiqamətlərə, o cümlədən, təhsil, səhiyyə və s. sahələrdə İKT-nin tətbiqinə, qeyd olunan infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilir. Dövlətimiz "Elektron hökumət" layihəsinə də ciddi diqqət verir və bu layihəyə böyük investisiyalar ayırır. Ölkə rəhbərinin müəyyən etdiyi siyasi strateji xətt ölkədə elektron xidmətlərin tətbiqi ilə əhalinin rahatlığını təmin etməyə, korrupsiyanın qarşısını almağa, daha az vaxta daha çox iş görmək üçün elektron xidmətlərin tətbiqini genişləndirməyə yönəlib. Bu kontekstdə "Elektron hökumət" portalı ikinci ildir ki, fəaliyyət göstərir. "İKT ili"ndə də portala yeni xidmətlər əlavə olunmuş və 262 min vətəndaş elektron xidmətlərdən yararlanmışdır. Bu müddət ərzində əhaliyə təxminən 820 mindən artıq elektron xidmət göstərilmişdir. Qarşıdakı illərdə elektron xidmətlərin tətbiq səviyyəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. 2020-ci ilə qədər bütün xidmətlərin elektronlaşdırılması və əhalinin 80 faizinin bu xidmətlərdən istifadəsi təmin edilməlidir. Ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə artan nüfuzu hesabına bu gün həyata keçirilən və keçiriləcək bütün İKT layihələri Azərbaycan dövlətinin, Azərbaycan xalqının rifahına, daha da çiçəklənməsinə xidmət edir. Əminik ki, digər sahələrdə də, o cümlədən İKT sektorunda başlayan və davam etdirilən irimiqyaslı, əzəmətli layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da uğurla həyata keçirilərək, ölkəmizin ümumi inkişafında əhəmiyyətli rol oynayacaq. Həmçinin növbəti illərdə də İKT sektorunun inkişafında əhəmiyyətli göstəricilərə nail olacaq, bu sahədə qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik!

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/05/2019 21/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek