Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

28.02.2014 10:07

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Almaniyanın səfiri ilə görüşüb

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Almaniyanın ölkədəki səfiri xanım Haydrun Tempel ilə görüşüb.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ölkələr arasında yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini bildirən nazir, bu əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində genişləndirilməsi üçün qarşılıqlı marağın, həmçinin böyük potensialın olduğunu vurğulayıb.

 

Azərbaycanın sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduğunu deyən səfir H.Tempel İKT sahəsinin ölkə prezidenti tərəfindən prioritet istiqamət elan edilməsini, Azərbaycanın regional və qlobal layihələrin təşəbbüskarı olmasını məmnunluqla qarşılayıb. Almaniya iqtisadiyyatının inkişafında İKT sahəsinin mühüm rol oynadığını bildirən diplomat ölkələr arasında təcrübə mübadiləsinin təmin edilməsinə səfirliyin hər zaman hazır olduğunu diqqətə çatdıraraq, alman şirkətlərinin Azərbaycan bazarına artan marağından söz açıb.

 

Nazir də öz növbəsində diplomatik fəaliyyəti müddətində səfir H.Tempelin Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən İKT sahəsində daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini, bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/05/2019 20/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek