Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

07.03.2014 14:06

Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçirilib

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun III iclası keçirilib.

RİTN-dən «APA-Economics»ə verilən məlumata görə, Əfqanıstanda «Elektron Hökumət»in qurulması layihəsi çərçivəsində baş tutan görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Hər iki ölkənin müvafiq nazirlikləri tərəfindən həyata keçirilən işlər üzrə məruzələr dinlənilib. Bundan sonra isə Əfqanıstanın İKT sahəsində hazırkı tələbatlarının müəyyən olunması, bu ölkənin İKT sektorunda Azərbaycanın potensial iştirakı və sair mövzularda fikir mübadiləsi aparılıb.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan və Əfqanıstan arasında inkişaf edən əməkdaşlıq İKT sahəsinə də sirayət edib. RİTN tərəfindən lazım olan köməkliyin bundan sonra da  göstəriləcəyini qeyd edən nazir müavini bu vaxta qədər görülən işləri məqsədəuyğun hesab edib.

Öz növbəsində Əfqanıstanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Aimal Marjan ölkəsi adından Azərbaycan tərəfinə təşəkkürlərini çatdırıb. O, azərbaycanlı həmkarlarının böyük dəstəyi ilə Əfqanıstanda İKT sahəsində əhəmiyyətli işlər görüldüyünü qeyd edib. Bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını önə çəkən nazir müavini yaxın zamanlarda müzakirə edilən mövzularda mühüm nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/11/2019 20/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek