Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

09.04.2014 16:39

London, San Fransisko, İstanbul və Dubaydan mütəxəssislər Starup Weekend tədbirində iştirak etmək üçün gələcək

Daha öncə də məlumat verdiyimiz kimi 18-20 Aprel tarixlərində Bakıda qlobal formatlı Startup Weekend tədbiri keçiriləcək.
Bu tədbir dünyanın 200-dən çox şəhərində keçirilib. Cənubi Afrikadan İngiltərəyə, Braziliyadan Azərbaycana qədər dünyanın bir çox ölkəsində keçirilən “Startup Weekend”lərdə sahibkarlar, startup entuziastları, marketerler, dizaynerlər və proqramçılar “komanda”larda bir araya gələrək startuplar qurur və münsiflər heyəti qarşısında təqdimat edirlər.

Yarışmada iştirak edən hər bir komanda üç gün ərzində startuplarını formalaşdıraraq təqdimatla çıxış edirlər. Prossesin effektivliyini təmin etmək üçün iştirakçılar peşəkarlar tərəfindən konsultasiya alır.
“Baku Startup Weekend”də də iştirakçılarını dünyanın müxtəlif yerlərindən gələn peşəkarların çıxışları gözləyir. Tədbirdə çıxış edəcək spikerləri nəzərinizə çatdıraq;

Spikerlərdən biri, ilkin mərhələ VC şirkəti Hoxton Ventures-un həmtəsisçisi Hussein Kanjidır.
O, Avropanın top 100 texnologiya investor arasındadır. Khanji həmçinin Böyük Britaniya hökümətinə texnologiya siyasətində kömək edən şəxs kimi də tanınır, CNNBloomberg kimi media orqanları tez-tez ekspert kimi onun fikirlərinə müraciət edirlər.
Hussein Nivio-nun idarə heyyətinin direktoru, Eros International Plc-də məsləhətçidir. Londondakı bəzi startup-larda məsləhətçi və angel investor kimi iştirak edir. Bunlar arasında Cagera, CalendarGod, Exclusively.in və Tarmin kimiləri mövcuddur.
O, 2005-2009-cu illərdə qlobal VC şirkəti Accel Partners–də çalışmışdır. Qeyd edək ki, Accel Partners dünyanın bir çox tanınmış startup-ına investisiya etməsi ilə tanınır. Bunlar arasında hər kəsin yaxından tanıdığı Facebook, Spotify, Dropbox, Admob kimi şirkətlər də var. Accel Partners-də çalışdığı vaxtlarda Hussein OpenGamma, Playfish (EA tərəfindən alınıb) and Dapper (Yahoo tərəfindən alınıb) kimi şirkətlərin investisiya mərhələsində yaxından iştirak etmişdi.
Hussein Khanji-nin dəyərləri fikirləri və təcrübəsi öz startup-larını yaratmaq istəyənlər üçün çox yararlı olacaq.

Alper CelenDigər spiker Alper Celendir.
A.Celen COMMIT Network şirkətinin təsisçisidir. Şirkət əsasən Yaxın Şərqdə fəaliyyət göstərir. Şirkəti təsis etməmişdən əvvəl, Alper Yaxın Şərq və Avropada fəaliyyət McKinsey & Company-nin Skandinaviya ofisindəki komandanın üzvü olub. McKinsey & Company telekomunikasiya və texnologiya sahəsində fəaliyyət göstərən şirkətlərlə çalışırdı. Bundan əvvəl isə o Nokia şirkətində Korporativ Strategiya üzrə menecer işləyib. Kariyerasına ABŞ-da başlayan A.Celen müxtəlif texnologiya şirkətlərində mühəndis və menever vəzifələrində çalışıb. Hal-hazırda Yaxın şərqdəki müxtəlif start-up proyektlərində də yer alır. Eyni zamanda Yüksək Texnologiyalar Parkında da məsləhətçi olaraq fəaliyyət göstərir.

John BeadleSpikerlər arasında Startup Weekend-in proqram direktoru John Beadle də olacaq. Direktor kimi o, qlobal artım, mənfəət və zərər idarə edilməsinə nəzarət edir. 120-dən çox ölkədə proqramın idarəsi ilə məşğuldur. John 100-lərlə sahibkarın öz start-upını yaradıb, biznesini inkişaf etdirməsinə kömək etmişdir. Tədbirdə John Beadle-ın da dəyərli fikirləri ilə tanış ola biləcəksiniz.

Startup Weekend-də komandalara mentor statuslu peşəkarlar kömək edəcək. Onlardan biri Patrick McGarveydi. Patrick öz təcrübəsi ilə mühüm işgüzar imkanları müəyyən etmək və şirkətlərə kömək etmək üçün çalışan biznes məsləhətçisidir.
Patrick keçmiş altı il ərzində böyük kommersiya əməliyyatları, strategiya da daxil olmaqla sonsuz işgüzar mövzular üzrə sahibkarlıq fəaliyyəti, ticarət əməliyyatları, bazara daxil olma və s. işlərdə məsləhət verən təcrübəli biznes məsləhətçisidir.

Guvenc Sozen də mentorlar arasındadır. O bir çox şirkətlərdə çalışmışdır. Hal-hazırda vaxtının çoxunu Azərbaycanda keçirir. COMMIT Network-ün əməkdaşı olaraq Azərbaycanın Yüksək Texnologiyalar Parkının inkişafı üçün çalışır.

Komandalara mentorluq edəcək digər peşəkar isə Paul Warren olacaq. O COMMIT Network-də Texnologiya və Media ekspert kimi çalışır. Buna qədər o, ABŞ-da Bloombegdə çalışmışdı.

Mentorlar arasında Biznesinfo.az-ın həmtəsisçisi Natalia Corobco, Internet sahibkarı Emin Həsənov, sahibkar Murad Məmmədov da var.
Murad Məmmədov Mobil Operatorlar, Machine-2-Machine kommunikasiyaları üzrə ekspertdir. Türkiyədəki Encom Networks-un həmtəsisçilərindədir.

Bütün bu peşəkarların təcrübələrindən yararlanmaq üçün Startup Weekend tədbirində iştirakı unutmayın.
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz. — www.eventbrite.com/e/baku-startup-weekend-42014-registration-10851193211
Tədbirlər bağlı bütün məlumatları rəsmi saytından ala bilərsiniz — baku.startupweekend.org/

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/05/2019 20/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek