Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

09.04.2014 17:49

Bakutel sərgisi Startup Weekend tədbirini dəstəkləyir

Bakida 18-20 Aprel tarixlərində qlobal formatlı Startup Weekend tədbiri keçiriləcək. Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanaraq sahibkarlar, startap entuziastları, marketerler, dizaynerlər və proqramçılar “komanda”larda bir araya gələrək startaplar quracaq və münsiflər heyəti qarşısında təqdimat edəcəkdir. Startup Weekend tədbiri Bakutel sərgisi tərəfindən dəstəklənir.

Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində startapı tam formalaşdıraraq işlək halda təqdim etməkdir. Prosesin effektivliyini təmin etmək üçün iştirakçılar “mentor” statuslu peşəkarlar tərəfindən konsultasiya ala biləcəklər.
Baku Startup Weekend tədbiri müstəqil mütəxəsislər tərəfindən və Startup Weekend qlobal forumu tərəfindən təşkil edilib. Qeyd edək ki, bu formatda ilk tədbir ötən il, 7-9 iyun tarixlərində Bakıda keçirilmişdir. 

Startup Weekend Formatı.
Təqdimat — Səsvermə — Komanda formalaşdırmaq — Fikir mübadiləsi — Minimal ishləyən məhsul
Təqdimatlar tədbirdə komandanızı tapmaq və formalaşdırmaq üçün birinci əhəmiyyətli addımdır. 60 saniyə ərzində özünü təqdim etməli, həll etdiyiniz məsələ və onun həll yolları haqqında, həmçinin üstünlükləriniz haqqında məlumat verməlisiniz.
Vaxtınız bitdikdən sonra siz yerinizə dönməlisiniz və digər iştirakçıların təqdimatlarını izləməlisiniz.
Unutmayın ki, hər şeydən əvvəl iştirakçılar vaxtı yaxşı dəyərləndirməli və seçilməyə çalışmalıdırlar. Təqdimatlara qulaq asdıqda sizi maraqlandıran insanlar və fikirlər haqda qeydlər edin.
Təqdimatlar bitdikdən sonra, iştirakçılarla ünsiyyət qurmaq ücün 45 dəqiqə verilir. Diqqətinizi çəkən insanlar və ideyalar haqda daha çox öyrənib, komanda qurmaq üçün sizə uyğun olan, komandanızı tamamlayacaq iştirakçıları tapmağa çalışın.

Yaxşı komanda — məhsulu işləyib hazırlaya bilən, istehlakçıları nəzərə alan, hərtərəfli təqdimat hazırlayan, məhsulun və biznesin işlək olduğunu təsdiq edə bilən, enerjili və bir-biri ilə uyğunlaşan insanlardan ibarət olmalıdır.

Tədbirdə iştirak etmək artıq indidən qeydiyyatdan keçə bilərsiniz. — www.eventbrite.com/e/baku-startup-weekend-42014-registration-10851193211

Startup Weekend 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilmiş və bu foruma ümumi olaraq 100.000-dən artıq sahibkar cəlb edilmişdir. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranmış və müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2019 21/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek