Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

18.04.2014 10:17

“Startup Weekend Baku” tədbirinə “Bakutel” sərgisindən dəstək!

18-20 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində “Startup Weekend Baku” tədbiri keçiriləcək (sözügedən tədbir bu günə kimi dünyanın 200-dən çox şəhərində keçirilmişdir). Bu tədbir çərçivəsində sahibkarlar, ideya müəllifləri və marketoloqlar, eləcə də dizayner və proqramçılar komanda şəklində toplanaraq münsiflər heyətinə öz yeni layihələrini təqdim edəcəklər. Tədbirin təşkili Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakutel”) sərgi və konfransı tərəfindən dəstəklənir. İKT sahəsinin nəinki Azərbaycanda, eləcə də bütün regionda ən iri tədbiri olan bu sərgi və konfrans çərçivəsində öz ixtira, proqram və xidmətlərini təqdim etmələri üçün gənc mütəxəssislərə lazımı şəraitin yaradılması isə məhz “Bakutel” sərgisinin qoyduğu ənənədir. Artıq bir neçə ildir ki, “Bakutel” sərgisində “startap”çılara böyük diqqət ayrılır, belə ki, öz layihə və ideyalarını mütəxəssis və investorlardan ibarət geniş auditoriyaya nümayiş etdirə bilmələri üçün “startap”çılara həm Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, həm də sərgi təşkilatçılarının təşəbbüsü ilə xüsusi stendlər ayrılır. Bu imkandan isə məhz “Startup Weekend Baku” tədbirinin qalibi faydalana biləcək, belə ki, mükafat qismində qalibə 2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel 2014” sərgisində ayrıca stendlə iştirak etmək üçün sertifikat təqdim olunacaqdır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/09/2019 17/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek