Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.05.2014 14:23

Azərbaycan və Yaponiya İKT sahəsində əməkdaşlıq üzrə hökumətlərarası saziş imzalayacaqlar

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Takao Makinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasındakı əlaqələrdən söz açan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı marağın Azərbaycan-Yaponiya münasibətlərinin genişlənməsi üçün əlverişli zəmin yaratdığını, Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya məlum səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə güclü təkan verdiyini, qarşılıqlı əlaqələrin inkişafında müsbət dinamikanın davam etdiyini bildirib.

Azərbaycan-Yaponiya münasibətlərində İKT, yüksək texnologiyalar sahəsinin daha da inkişaf etdirilməsi, genişləndirilməsi üçün yeni imkanların yarandığını da deyən nazir ötən ilin dekabrında Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfərini, səfər çərçivəsində Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, "Mitsubishi", "TEPIA" - Yüksək Texnologiyalar Mərkəzi və digər aparıcı şirkətlərin rəhbərləri ilə keçirilən uğurlu görüşləri xatırladıb.

Azərbaycanın iqtisadi inkişaf planlarında iqtisadiyyatın diversifikasiyası baxımımdan İKT, xüsusən yüksək texnologiyalar sahəsinə geniş yer ayrıldığını deyən nazir liberal bazar iqtisadiyyatının təmin olunması istiqamətində hökumətin atdığı addımlardan, o cümlədən yaradılan cəlbedici, azad, əlverişli biznes mühiti, xarici investorların cəlbi üçün imkanların genişləndirilməsindən söz açıb. Belə bir mühitdə digər ölkələr kimi, Yaponiya şirkətlərinin də ölkəmizdə fəaliyyətini genişləndirməkdə maraqlı olduqlarını vurğulayan nazir ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün kosmik texnologiyalar, nanotexnologiyalar və mikroelektronika, rəqəmli infrastrukturun yaradılması kimi üç əsas istiqamətə diqqət verildiyini qeyd edib.

Əlaqələrin intensivləşməsində qarşılıqlı səfərlərin önəminə diqqət çəkən T.Makino da İKT, yüksək texnologiyalar istiqamətləri üzrə Azərbaycan-Yaponiya münasibətlərinin növbəti inkişaf mərhələsinə qədəm qoymasında Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfərinin müsbət rolu olduğunu vurğulayıb. Yeni yaranmış RYTN-i ölkənin yüksək texnologiyalar sahəsi üzrə gələcək hədəflərinin göstəricisi kimi dəyərləndirən qonaq yapon şirkətlərinin Azərbaycanda yüksək texnologiyalar sahəsi üzrə fəaliyyətə göstərdikləri marağı təqdirəlayiq qiymətləndirib.

Hökumətlərarası sazişin bağlanması üzrə işçi qrupu səviyyəsində aparılan hazırlıq işlərinə də toxunan Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və inkişafı üçün böyük perspektivlərin olduğunu qeyd edib. İKT və yüksək texnologiyalar sahəsi üzrə Azərbaycanın böyük layihələrində yapon şirkətlərinin iştirakının sevindirici hal olduğunu da nəzərə çatdıran T.Makino qarşılıqlı əlaqələrin daha da güclənəcəyinə əminliyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  22/05/2019 23/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek