Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.05.2014 14:26

Azərbaycanda bu il "startap" layihələrinin inkişafına əlavə maliyyə vəsaiti ayrılacaq

Azərbaycan Maliyyə Nazirliyi "startap" layihələrini dəstəkləmək üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna əlavə maliyyə vəsaiti ayırmağa hazırdır. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, nazirlik cari ildə layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaitlərin səmərəli bölüşdürülməsi nəzərə alınmaqla əlavə 5 milyon manat ayırmağa hazırdır.

Mənbə bildirib ki, sahibkarlar yaxın vaxtlarda Dövlət Fonduna "Elektron hökumət" (e-gov.az) portalının köməyi ilə müraciət edə bilərlər: "Fonda müraciət proseduru tam avtomatlaşdırılıb və xidmət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xidmətlər siyahısına daxil ediləcək".

Qeyd edək ki, 2014-cü ildə dövlət büdcəsindən qeyd edilən məqsədlərə 5 milyon manat ayrılıb. 2,5 milyon manat həcmində ilkin tranş Dövlət Fonduna təqdim edilib. 2,5 milyon manat həcmində ikinci tranşın ayrılması isə mayda gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  14/11/2019 15/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek