Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

19.05.2014 17:26

NETTY2014-ün nominantları müəyyən edilib

Mükafatın qalibləri rəsmi mükafatlandırma mərasimində elan olunacaq.

NETTY2014 Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edildi.

Oxu.Az xəbər verir ki, Virtual Jüri və Ekspert Şurasının səsverməsi nəticəsində iştirakçı-saytların ümumi sayından 30-dən çox resurs seçilib və onlar artıq mükafatın nominantlarıdır. Nominantların yekun siyahısı ilə www.netty.az saytında tanış ola bilərsiniz. Mükafatın Akademiyası səsverməyə başlayıb.

Nominantların sırasından seçilən qaliblər rəsmi mükafatlandırma mərasimi zamanı, 7 iyun tarixində elan olunacaq. Nominasiyaya layiq bilinən bütün saytların nümayəndələri mərasimdə iştirak edəcəklər.

Qeyd etməliyik ki, Akademiyanın üzvləri daxili səsvermə əsasında hər nominasiya üzrə bir qalibi müəyyən edəcəklər. Akademiyanın qərarı ilə “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsinə görə” və “İlin İT-Hadisəsi” fəxri nominasiyalarda qaliblər elan olunacaq.

Həmçinin “Mobil qurğular üçün ən yaxşı proqramlar” nominasiyasında qaliblərin mükafatlandırılması həyata keçiriləcək.

Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin, RYTN-nin Elektron Təhlükəsizlik Mərkəzinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin baş partnyoru Myvideo.az layihəsidir.

Müsabiqənin partnyorları qismində Microsoft şirkəti, BakuTel sərgisi, Nurlar şirkəti, Ali&Nino kitab mağazaları şəbəkəsi, Happyland şirkəti, KTV1 kabel operatoru çıxış edirlər. Layihənin dizayn dəstəyi Kokon şirkəti tərəfindən həyata keçirilir. Hüquqi dəstək De Jure hüquq firması tərəfindən aparılır.

Tədbirə informasiya dəstəyini 1news.az , Infocity.az ,Oxu.Az, Navigator.az, Disput.az, Inet.az, Weblist.az, Azerphoto.com, Friday.az, Cool-agency.com göstərir. İnformasiya təhlükəsizliyi üzrə partnyor Dr.WEB şirkətidir.

Partnyorluq məsələləri ilə bağlı sualları info@netty.az ünvanına göndərə bilərsiniz.

www.oxu.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/11/2019 21/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek