Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

29.05.2014 16:02

“Avrasiya Rabitə Alyansı”na Körfəz Əməkdaşlıq Şurası ölkələri cəlb olunacaq

Bakı. Aynur Əliyeva - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) 20-ci konfransında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, körfəz ölkələrinin İKT sahəsində fəaliyyət göstərən dövlət rəsmiləri, o cümlədən beynəlxalq təşkilat və elmi tədqiqat təsisatları nümayəndələrinin qatıldığı konfrans e-hökumət, e-xidmətlər və digər müasir İKT həllərinin mübadiləsi, mövcud təcrübənin bölüşdürülməsi, əməkdaşlıqda yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyıb.

Açılış mərasiminə əsas məruzəçi kimi dəvət olunmuş nazir Ə.Abbasov regionda və Azərbaycanda son illər İKT sahəsində aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı tədbirlərdən, həmçinin əldə olunan nailiyyətlərdən danışıb. Əsasən regional layihələrə toxunan nazir ölkənin bu gün böyük transmilli layihə - BMT-nin Baş Assambleyasının qətnaməsi ilə növbəti dəfə siyasi dəstək almış “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan “Avrasiya Rabitə Alyansı” (Eurasian Connectivity Alliance - EuraCA) üzrə koordinator olduğunu vurğulayaraq, KƏŞ-ə üzv dövlətlərin bu layihələrdə iştirakının mümkün, eyni zamanda faydalı olacağını diqqətə çatdırıb.

Avrasiya və qonşu regionda İKT-nin vəziyyəti və problemlərini diqqətə çatdıran nazir geniş regionun gələcək inkişafı üçün “EuraCA”nın proqramını açıqlayıb.

Konfransda “EuraCA”ya Körfəz Əməkdaşlıq Şurası ölkələrinin cəlb olunması qərara alınıb. Səfər çərçivəsində, həmçinin Ə.Abbasov iştirakçı ölkələrin dövlət rəsmiləri, o cümlədən aparıcı İKT korporasiya rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

 

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  15/09/2019 16/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek