Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

29.05.2014 16:03

“TASİM” Mərkəzi Asiyada təqdim olunacaq

Bakı. Aynur Əliyeva - APA-Economics. İyunun 2-3-də Qazaxıstanın Almatı şəhərində “Mərkəzi Asiyada telekommunikasiya bağlantısı üzrə yüksək səviyyəli regional dəyirmi masa” keçiriləcək.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, dəyirmi masanın təşkilatçısı BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasıdır (ESCAP).


Dünya Bankının dəstəyi ilə reallaşacaq tədbirdə Mərkəzi Asiyada yerləşən ölkələrin informasiya-kommunikasiya texnologiyaları üzrə fəaliyyət göstərən dövlət orqanları, İKT şirkətləri, İT ekspertləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edəcəklər.


Ekspert görüşü hesab olunan dəyirmi masada hər bir ölkə və ya şirkət özünün həyata keçirdiyi layihələrin təqdimatını edəcək. Eyni zamanda burada Dünya Bankının nümayəndələri region üçün əhəmiyyətli hesab olunan İKT məsələləri haqqında məlumatlar açıqlayacaqlar.


Azərbaycanın da sözügedən tədbirdə iştirakı nəzərdə tutulub. Burada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən həyata keçirilən “TASİM (Trans-Avrasiya Super İnformasiya Magistralı)” layihəsinin təqdimatının keçirilməsi planlaşdırılıb.


Qeyd edək ki, “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi vacib regional təşəbbüs olmaqla, əsas məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurtdan Honkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya gedəcək. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  17/07/2019 18/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek