Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

06.06.2014 12:03

Ekspert: Azərbaycanın elektron kommersiya sahəsində sürətli artım gözlənilir

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları bazarını yaxın 3 il ərzində sürətli artım gözləyir. Bunu şənbə günü Trend-ə Türkiyənin "Etohum" startap-inkubatorunun qurucusu Burak Böyükdəmir deyib.

Onun sözlərinə görə, elektron kommersiyada və elektron ticarətlə (yeni bank əlavələri, ödəniş sistemləri və s.) bağlı sahələrdə xeyli artım müşahidə olunacaq. Mobil və xüsusilə oyun əlavələri sahəsində də əhəmiyyətli artım gözlənilir.

B.Böyükdəmir qeyd edib ki, şübhəsiz, bu sahədə dövlətin diqqəti çox önəmlidir: "Yüksək Texnologiyalar Parkının tikintisi buna nümunə ola bilər. Zəruri şərait olarsa, Azərbaycanda "Twitter", "WhatsUp", "Facebook" və s. kimi iri layihələr yarana bilər. Demək olar ki, bu növ layihələr artıq reallaşdırılır. Məsələn, bu gün Azərbaycan layihəsi "Silikon vadisi"ndə 5 milyon dollar həcmində maliyyə yardımı alıb. Dəfələrlə Azərbaycanda olmuşam. Birmənalı olaraq deyə bilərəm ki, ölkədə İT-sahibkarlığa böyük maraq var və bu tendensiya ildən-ilə artır".

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya regionunda texnoloji qovşaq roluna iddia edir və bu regionda keçiriləcək növbəti tədbirlərin "Startup Azerbaijan" və ya "Startup Eurasia" kimi böyük adlar alacağı istisna olunmur.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/05/2019 21/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek