Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

13.06.2014 11:07

Azərbaycan-Türkiyə I Yüksək Texnologiyalar Forumu keçiriləcək

Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı, Türkiyə Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin dəstəyi ilə cari ilin 29-30 may tarixlərində İstanbulda IX Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Qara dəniz və Xəzər hövzəsi ölkələrinin rabitə və informasiya texnologiyaları sahəsi üzrə tənzimləyici qurum rəhbərlərinin iştirakı ilə keçirilən konfransda Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

28 ölkədən 300 nəfərə yaxın yüksəksəviyyəli nümayəndənin iştirak etdiyi "Yeni texnologiyalar və yeniliklərin tənzimləməyə təsiri" mövzusunda keçirilən konfrans telekommunikasiyanın tənzimlənməsi sahəsində bilik və təcrübələrin, həmçinin ölkələr arası rabitə məsələlərinin müzakirə və mübadiləsi məqsədi daşıyıb.

Konfransın açılış mərasimində nazir Ə.Abbasov məruzə ilə çıxış edib. Nazir öz çıxışında Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlardan, həyata keçirilən genişmiqyaslı tədbirlərdən, həmçinin əldə olunan nailiyyətlərdən danışıb.

Ölkəmiz və bütünlükdə region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə toxunan nazir BMT-nin Baş Assambleyasının müvafiq qətnamələri ilə siyasi dəstək almış "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan "Avrasiya Rabitə Alyansı" (Eurasian Connectivity Alliance - EuraCA) barədə geniş məlumat verərək, bir çox dövlətlərin bu layihələrdə iştirakının faydalı olacağını diqqətə çatdırıb.

Konfrans çərçivəsində nazir Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Lütfi Əlvan, Əfqanıstanın rabitə naziri Əmirzai Sangin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Bürosunun rəhbəri Bahia Sono və digər rəsmi şəxslər və şirkət rəhbərliklərinin təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib.

Türkiyəli nazirlə keçirilən geniştərkibli görüşdə Azərbaycanla Türkiyə arasında yüksək texnologiyalar, kosmik sənaye və poçt sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, eyni zamanda, cari ilin 2-5 dekabr tarixlərində Bakıda təşkil olunacaq ənənəvi "BakuTel" telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında daha çox Türkiyə şirkətlərinin öz məhsul və xidmətlərini təqdim etməsi ilə yanaşı, "Azərbaycan-Türkiyə Birinci Yüksək Texnologiyalar Forumu"nun da keçirilməsi qərara alınıb.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/05/2019 22/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek