Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

13.06.2014 11:10

Azərbaycan nümayəndə heyəti IX Qara dəniz və Xəzər tənzimləyici konfransında iştirak etmişdir

Bakı, 31 may (AzərTAc). Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı, Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin dəstəyi ilə mayın 29-30-da İstanbulda IX Qara dəniz və Xəzər tənzimləyici konfransı keçirilmişdir.
Qara dəniz və Xəzər hövzəsi ölkələrinin rabitə və informasiya texnologiyaları sahəsi üzrə tənzimləyici qurum rəhbərlərinin iştirakı ilə keçirilən konfransda Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 28 ölkədən 300 nəfərədək nümayəndənin iştirak etdiyi “Yeni texnologiyalar və yeniliklərin tənzimləməyə təsiri” mövzusunda keçirilən konfrans telekommunikasiyanın tənzimlənməsi sahəsində bilik və təcrübələrin, həmçinin ölkələrarası rabitə məsələlərinin müzakirə və mübadiləsi məqsədi daşımışdır.
Konfransın açılış mərasimində çıxış edən nazir Əli Abbasov Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlardan, həyata keçirilən genişmiqyaslı tədbirlərdən, həmçinin əldə olunan nailiyyətlərdən danışmışdır.
Ölkəmiz və bütünlükdə region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə toxunan nazir BMT Baş Məclisinin müvafiq qətnamələri ilə siyasi dəstək almış "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan "Avrasiya Rabitə Alyansı" (Eurasian Connectivity Alliance - EuraCA) barədə geniş məlumat verərək, bir çox dövlətlərin bu layihələrdə iştirakının faydalı olacağını diqqətə çatdırmışdır.
Konfrans çərçivəsində nazir Türkiyənin nəqliyyat, rabitə və dənizçilik naziri Lütfi Əlvan, Əfqanıstanın rabitə naziri Əmirzai Sangin, BMT-nin İnkişaf Bürosunun rəhbəri Bahia Sono və digər rəsmi şəxslər və şirkət rəhbərliklərinin təmsilçiləri ilə ikitərəfli görüşlər keçirmişdir.
Türkiyəli nazirlə keçirilən geniş tərkibli görüşdə iki qardaş ölkə arasında yüksək texnologiyalar, kosmik sənaye və poçt sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, eyni zamanda, bu il dekabrın 2-dən 5-dək Bakıda təşkil olunacaq ənənəvi “Bakutel” telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında daha çox türk şirkətlərinin öz məhsul və xidmətlərini təqdim etməsi ilə yanaşı, Azərbaycan-Türkiyə birinci yüksək texnologiyalar forumunun keçirilməsi də qərara alınmışdır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2019 21/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek