Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

16.06.2014 14:11

“BakuTel” sərgisi “NETTY” mükafatını onillik yubiley münasibətilə təbrik edir!

11 iyun tarixində Səməd Vurğun adına Rus Dram Teatrında “NETTY-2014” onuncu yubiley Milli internet mükafatının təltifinə həsr olunmuş təntənəli mərasim keçirildi. “NETTY” Milli internet mükafatı informasiya texnologiyaları sahəsində ilk Azərbaycan mükafatıdır və onu təsis etməkdə məqsəd Ümumdünya internet şəbəkəsinin milli seqmentinin, bütövlükdə isə ölkədə İT bazarının inkişafına kömək etməkdir.

Artıq bir neçə ildir ki, bu milli internet mükafatının təltif edilməsi Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları” (“BakuTel”) sərgisi tərəfindən dəstəklənir.

Qaliblərin mükafatlandırılması mərasimində ölkənin iri İT şirkətləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və nominantlar iştirak edirdilər. Bu il sözügedən müsabiqə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN), habelə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası RYTN-nin İnformasiya Təhlükəsizliyi Mərkəzinin rəsmi dəstəyi ilə keçirilirdi.

“NETTY” akademikləri 15 nominasiya üzrə cari ilin ən yaxşı milli veb-saytların və layihələrin adlarını çəkdilər. Ənənəvi olaraq, “BakuTel” sərgisinin təşkilatçısı - “Iteca Caspian” şirkətinin nümayəndələri “İlin İT hadisəsi” nominasiyasının qalibinə xatirə heykəlciyini təqdim etdilər. Akademiklər sözügedən nominasiya üzrə bu ilin qalibi qismində “Mobil telefonlarda daşınan nömrələr xidmətinin tətbiqi”ni seçdilər.

“BakuTel” bütün qalibləri və “NETTY” Milli internet mükafatını 10 illik yubiley münasibətilə təbrik edir!

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek