Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

27.06.2014 12:02

Azərbaycanda mobil elektron imzanın tətbiqi sahəsi genişlənir

2014-cü il iyulu 1-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqavilələrinin elektron informasiya sistemində "Asan İmza"nın tətbiqinə başlayır. Bunu Trend-ə "B.EST Solutions" ("Asan İmza" mobil elektron imza xidmətinin operatoru) şirkətindən deyiblər.

Əmək müqavilələrinin elektron sisteminin tətbiqi qaydaları qanunsuz məşğulluqla mübarizə çərçivəsində Vergilər Nazirliyi ilə birlikdə işlənib hazırlanıb. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə "Asan İmza" vasitəsilə bütün hüquqi şəxslər, o cümlədən fərdi sahibkarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid elektron bazasına əmək müqaviləsi bildirişini daxil edəcəklər.

Əmək müqavilələrinin vahid elektron bazasının tətbiqi nəticəsində işçilər üçün iş yeri və əməkhaqqı ilə bağlı arayışların alınması asanlaşacaq. Arayışda faktiki əməkhaqqı ilə bağlı informasiya əks olunacaq ki, bu da onlayn kreditlərin verilişi prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirmiş olacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar qüvvədə olan bütün əmək müqavilələri haqqında məlumatları 2014-cü il 1 iyul tarixinədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil etməli idilər. Əks halda onları 7-10 min manat həcmində cərimə və ya üç ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyirdi. Edilən dəyişikliklərə uyğun olaraq, elektron bildirişlər bazaya təkcə əmək müqaviləsinin imzalanması halında deyil, eyni zamanda, bu sənədə dəyişiklik edilməsi, eləcə də onun ləğv edilməsi halında daxil olmalıdır. Sistem tam istismara verildiyi andan bildirişlər bir gün müddətində qeydiyyata alınacaq. İlkin olaraq, mövcud işçilərin qeydiyyatının bu sistemin istismara verilməsinədək, yəni cari ilin 1 iyul tarixinədək başa çatdırılması planlaşdırılırdı. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarlara qüvvədə olan bütün əmək müqavilələrinin qeydiyyatı üzrə əməliyyatların həyata keçirilməsi üçün üç ay müddətində möhlət vermək qərarına gəldi.

2014-cü il iyunun 1-nə olan məlumata görə, Azərbaycanda 2,8 milyondan çox nəfərin icbari dövlət sosial sığorta üzrə fərdi hesabı var ki, bu da ilin əvvəlinə olan göstəricini 4,1 faiz üstələyir.

Cari ilin ilk 5 ayında Azərbaycanda əlavə olaraq 1,1 milyon sosial sığorta ödəyicisi qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/11/2019 17/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek