Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

27.06.2014 12:05

Azərbaycan BMT-nin "Elektron hökumət"in inkişaf səviyyəsinə görə yeni reytinqində 28 pillə irəlilədi

BMT ölkələrin "Elektron hökumət"in inkişaf səviyyəsinə görə yeni reytinqini açıqlayıb.

Trend-in məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) iqtisadi və sosial məsələlər üzrə departamenti ölkələrin "Elektron hökumət"in inkişaf səviyyəsinə görə yeni "United Nations E-Government Survey 2014: E-Government for the Future We Want" reytinqini dərc edib.

"E-Government Survey" reytinqində ölkələr "E-Government Development Index - EGDI"-dan (hakimiyyət orqanlarının informasiya texnologiyaları və rabitə texnologiyalarından əhaliyə xidmət göstərmək üçün istifadəyə görə hazırlıq və bacarığının ölçülməsi indeksi) asılı olaraq qərarlaşıb.

Riyazi baxımdan "EGDI" "Elektron hökumət"in vacib amillərini qiymətləndirən üç əsas göstəricidir: onlayn xidmətlərin genişliyi və keyfiyyəti (Online Service Index, OSI), telekommunikasiya infrastrukturunun inkişaf səviyyəsi (Telecommunication Infrastructure Index, TII) və insan kapitalının həcmi (Human Capital Index, HCI).

Ümumdünya siyahısında Azərbaycan 193 ölkə arasında 68-ci yeri tutaraq, əvvəlki reytinqlə müqayisədə 28 pillə irəliləyərək Çin, Türkiyə, Serbiya kimi ölkələri geridə qoyub. Azərbaycanın "EGDI" üzrə göstəricisi 0.5472 təşkil edib. Siyahıda birinci yeri 0.9462 göstərici ilə Cənubi Koreya tutub.

Avropa regionu üzrə orta "EGDI" 0,6936, Amerika regionunda 0,5074, Asiya regionunda 0,4951, dünyada 0,4712 olub. Beləliklə, regional baxımdan ən yüksək "EGDI" göstəricisi Avropadadır.

Birinci, ikinci və üçüncü yerləri müvafiq olaraq Cənubi Koreya, Avstraliya və Sinqapur tutub. Dördüncü yerdə Fransa, beşinci yerdə isə Niderland qərarlaşıb. Onluğa, həmçinin Yaponiya, ABŞ, Böyük Britaniya, Yeni Zelandiya və Finlandiya daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/05/2019 22/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek