Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

09.07.2014 11:03

KOİCA Azərbaycana mütəxəssis qrupu ezam edib

Bakı - APA-Economics. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması” layihəsi çərçivəsində ölkəmizə mütəxəssis qrupu ezam edib.

APA-Economics”in xəbərinə görə, Azərbaycan Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə (RYTN) ezam olunan mütəxəssislər 5-27 iyul arasında avadanlıqların quraşdırılması, 2-17 avqust tarixlərində isə avadanlıqların təftişi ilə məşğul olacaq.

Ezamiyyətin məqsədi Bakı Təlim Mərkəzinin yaradılması üçün zəruri olan informasiya texnologiyaları avadanlıqlarının quraşdırılması, bilik və texnologiyanın ötürülməsi ilə sabit fəaliyyətin saxlanılması, yerli təlim mərkəzlərinə məsul olan mütəxəssislərin təlimidir.

Daha sonra koreyalı mütəxəssislər 15 yerli təlim mərkəzlərində quraşdırılmış avadanlıqların statusunu təftiş edəcək, Bakı təlim mərkəzi ilə şəbəkələrin yoxlanılmasını həyata keçirəcək.

Xatırladaq ki, “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması ilə bağlı Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasındakı Qrant Razılaşması” 2013-cü ilin aprelin 18-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İnn və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən imzalanıb. 3,7 milyon ABŞ dolları məbləğində büdcəyə malik layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) tərəfindən həyata keçirilir. Layihənin məqsədləri elektron Təhsil İnformasiya Sisteminin yaradılması, mərkəzi və regional e-hökumət təlim mərkəzinin qurulmasına dəstək verilməsi, informasiya texnologiyaları avadanlıqlarının təchiz edilməsi, azərbaycanlı dövlət qulluqçularının İKT potensialının artırılması, İKT və e-hökumət potensialının təşviq olunmasıdır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/09/2019 17/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek