Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

09.07.2014 11:05

Azərbaycan Regional Rabitə Birliyinin yığıncağında iştirak edəcək

Bakı. Aynur Əliyeva - APA-Economics. İyulun 15-16-sı Qazaxıstanın paytaxtı Astana şəhərində Regional Rabitə Birliyinin (RRB) və Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət nümayəndələrinin birgə yığıncağı keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə birliyə daxil olan üzv dövlətlər planlar, qarşıda duran məsələlər, atılacaq addımlar, cari problemlər və sair mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

İclasda hər bir ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində gördüyü işlər haqqında və eləcə də həyata keçirdiyi layihələr barəsində tədbir iştirakçılarının məlumatlandırılması nəzərdə tutulub.

İclas iştirakçıları Böyük Vətən müharibəsi qələbəsinin 70-ci ildönümünün bayram edilməsi istiqamətində görülən işlərə və bu istiqamətdə hazırlıq məsələlərinə baxacaqlar. Tədbirdə RRB-nin daxili fəaliyyəti üzrə uyğun olan qərarların qəbulu planlaşdırılır. Burada birliyin normativ sənədlərinə dəyişikliklərin və əlavələrin edilməsi də daxil olmaqla yanaşı, rəhbər heyətə seçkilərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu yığıncaq çərçivəsində Azərbaycanın həyata keçirdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin növbəti təqdimatı planlaşdırılıb. Təqdimat zamanı “TASİM” çərçivəsində bu günə qədər görülən işlərdən və qarşıda duran məqsədlərdən danışılacaq.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/11/2019 21/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek