Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

09.07.2014 11:05

Azərbaycanla İngiltərənin İKT şirkətləri üçüncü ölkələrin bazarlarına çıxmaq niyyətindədir

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri və İnternet İdarəçiliyi Forumunun baş katibinin dəvəti ilə Londonda “Qlobal İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısı”nda iştirak edib. Səfər zamanı ölkəmizdə bu sahədə aparılan islahatlar, dünyada mövcud olan İKT və internet problemlərindən danışılıb. Düzdür, Azərbaycanda İKT-nin inkişaf səviyyəsi Böyük Britaniyadakı kimi olmasa da, ingilis şirkətləri Azərbaycanda bu sahəyə maraqlarını ifadə edirdilər.

APA-Economics”in məlumatına görə, bu barədə “StartUp mühitinin formalaşdırılmasında dövlətin, özəl sektorun və investorların dəstəyi” adlı konfransda çıxışı zamanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, səfər zamanı İngiltərədə bir çox layihələr müzakirələr olunub.

“Qərara gəldik ki, Azərbaycan İngiltərə şirkətləri birlikdə müəyyən layihələr həyata keçirsinlər. Əsas məqsəd Azərbaycan şirkətlərini gücləndirərək, onlara maliyyə resursları və ya müəyyən güzəştlər tətbiq etməklə, ingilis və ümumiyyətlə, dünyanın digər şirkətləri ilə birgə üçüncü bazarlarda iştirakını genişləndirməkdir”, - deyə nazir bildirib.

Qeyd edək ki, “StartUp Azərbaycan" layihəsi ilə bağlı 2 ay davam edən yarışmaya 47 layihə təqdim edilib. Qaydalara cavab verən 28 layihə müsabiqəyə buraxılıb.

Səkkiz ekspertin iştirakı ilə keçirilən qiymətləndirmə əsasında 6 layihə finala çıxaraq qalib gəlib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  22/05/2019 23/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek