Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

09.07.2014 11:06

Nazir: “İrana səfər zamanı İKT sahəsində bir çox razılaşmalar əldə edilib”

Bakı. Aynur Əliyeva – APA-Economics. İran-Azərbaycan Yüksək Texnologiyalar biznes forumu çərçivəsində Azərbaycan nümayəndə heyətinin İrana səfəri çox vacib idi. Səfər zamanı qonşu ölkə kimi bizim aramızda olan radio-televiziya tezliklər istiqamətində və digər problemlərin həlli çox önəmli məqamlardan biri idi.

APA-Economics”in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazir deyib ki, hazırda İranda inkişaf gedir və ölkə getdikcə qapılarını digər ölkələrin bazarına açır: “Azərbaycanın da bu bazarlara daxil olması üçün yaxşı imkanlar yaranıb”.

Onun sözlərinə görə, İrana səfərin məqsədi sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamlarının qonşu ölkənin bazarında iştirakını genişləndirmək olub. “Bu istiqamətdə bir çox müzakirələr və həmçinin razılaşmalar əldə edilib. Hesab edirəm ki, İran bazarı yaxın vaxtlarda Azərbaycan şirkətlərinə daha da geniş açılacaq”, - deyə Ə. Abbasov qeyd edib.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/11/2019 21/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek