Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

09.07.2014 11:09

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xətti ilə Moskva Energetika İnstitutunda mütəxəssislər hazırlanacaq

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  (RYTN) Moskva  Energetika İnstitutunun (MEİ) rektorunun vəzifəsini icra edən prorektoru Nikolay Roqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

RYTN-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında innovasiyaların, nüvə energetikasının inkişafı, kadr hazırlığı, birgə tematik konfransların keçirilməsi sahəsində  əməkdaşlıq imkanları müzakirə olunub.

Ölkəmizdə yüksək texnologiyalar sahəsinin artan xətt üzrə inkişafına diqqət çəkən nazir Əli Abbasov davamlı nailiyyətlər üçün savadlı mütəxəssislərin olmasının vacibliyini qeyd edib.  Nazir sahə üzrə ixtisaslı kadrların hazırlanması üçün təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü və nəinki ölkəmizdə, hətta xarici ölkələrdə azərbaycanlı gənclərin təhsil alması üçün münbit şərait yaradıldığını vurğulayıb.  “Hazırda Azərbaycan Respublikasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”  uğurla icra olunur və  bu proqram çərçivəsində hər il 1 500 tələbə dünyanın bir çox ölkəsində dövlət vəsaiti hesabına təhsil alır. Hesab edirik ki, Moskva  Energetika İnstitutu bu proqrama qoşula bilər və biz yeni tədris ilindən etibarən ilkin mərhələdə 10 azərbaycanlı tələbənin  bu təhsil ocağında təhsil almasını istərdik”, - deyə nazir bildirib.

Öz növbəsində N. Roqalyov rəhbərlik etdiyi  institutun fəaliyyəti barədə məlumat verib. O, Azərbaycanda yüksək texnologiyaların inkişafını və təhsil sistemində ən son texnoloji üsulların tətbiqini yüksək qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın perspektivli olacağına əminliyini ifadə edib.

Sonda bu ildən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xətti ilə Moskva  Energetika İnstitutunda  kadrların hazırlanması məsələsi ilə bağlı razılaşma əldə edilib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  23/07/2019 24/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek