Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

01.03.2013 16:44

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov: «Asiya regionu Azərbaycan üçün cəlbedicidir»

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın qeyri-neft ixracının artırılması üçün Asiya regionu əlverişli və geniş bazardır.

 

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün Bakıda işə başlayan «Azərbaycan-Yaponiya kosmik sektor seminarı»nda bildirib.

 

Tədbirdə çıxış edən nazir ölkənin kosmik sənayesinə böyük diqqət yetirildiyini bildirib və bu sahənin 2008-ci ildən inkişaf etdirildiyini diqqətə çatdırıb. Ə.Abbasov qeyd edib ki, bu seminar iki ölkə arasında kosmik sahədə əlaqələrin yaradılmasına səbəb olacaq.

 

Nazir bu ayın əvvəlində Azərbaycanın orbitə ilk telekommunikasiya peykini buraxdığını xatırladıb və bildirib ki, 2014-cü ildə Azərbaycan aşağıorbitli peykini, 2016-cı ildə isə ikinci peykini orbitə buraxacaq: «Kosmik sahədə planlarımız böyük və uzunmüddətlidir».

 

Ə.Abbasov həmçinin bildirib ki, Asiya regionu iki amil ilə - texnoloji inkişaf və geniş bazarı ilə Azərbaycanı cəlb edir. Hazırda Azərbaycanın ixrac əməliyyatlarının 80-85%-i neft və neft məhsullarının payına düşür, lakin artıq 2020-ci ildə Azərbaycan qeyri-neft sektoru hesabına ÜDM-in həcmini iki dəfə artırmaq niyyətindədir. «Eyni zamanda, qeyri-neft ixracının potensialını da artıracağıq. Lokal şirkətlərimizi yeni texnologiyalarla təchiz edib regional bazarlara çıxarmaq niyyətindəyik», - deyə nazir vurğulayıb.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  11/11/2019 12/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek