Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

08.08.2014 12:29

Azərbaycanda mobil nömrələrin sənədləşdirilməsi “Elektron hökumət” portalı vasitəsilə aparılacaq

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda yeni satılan mobil nömrələrin düzgün sənədləşdirilməsi üçün mobil operatorlara mərkəzləşmiş qaydada “Elektron hökumət” portalı üzərindən müvafiq servisin verilməsi və yeni nömrələrin sənədləşdirilməsi prosesinin həmin servis vasitəsilə aparıla bilər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda mobil nömrələrin satışı və sənədləşdirilməsi prosesi pərakəndə şəkildə aparıldığından və yeni satılan nömrələrin sənədləşməsi zamanı abunəçiyə aid məlumatlar sistemə əl ilə daxil edildiyindən tez-tez qeyri-dəqiqliyə yol verilir və vətəndaşların şəxsiyyət vəsiqələrindəki məlumatlarla mobil operatorların abunəçi bazalarındakı məlumatlar arasında uyğunsuzluqlar yaranır. Bu isə hüquq-mühafizə orqanlarının işində, müxtəlif sənədləşmələrin aparılmasında və s. bir sıra problemlərə gətirib çıxarır.

Qeyd olunan problemin birdəfəlik həll edilməsi məqsədi ilə, nazirliyin Məlumat Hesablama Mərkəzində (MHM) hər üç mobil operatorun nümayəndələri ilə birgə görüş keçirilib və qeyd olunan məsələnin detalları müzakirə edilib.

Mərkəzdən verilən məlumata görə, ilkin olaraq müqavilə layihəsinin və texniki şərtlərin qısa müddətdə hazırlanması və birgə razılaşdırılması qərara alınıb.

Layihə istismara verildikdən sonra abunəçinin şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodu kompüterə daxil ediləcək və abunəçi barədə məlumatlar Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasından avtomatik olaraq yoxlanılacaq. Portala daxilolma elektron imza vasitəsilə mümkün olduğundan, nömrələrin sistemə işlənməsi zamanı əməliyyatçının identifikasiyası, vətəndaşın pasport məlumatlarının DİN məlumat bazasına daxil olaraq onlayn rejimdə yoxlanılması mümkün olacaq.

Nəticədə mobil abunəçi bazaları ilk andan düzgün formalaşdırılacaq, məlumatların bir dəfə daxil edilməsi prinsipi gözləniləcək, əməliyyatlar onlayn olaraq aidiyyəti dövlət qurumlarının serverlərində öz əksini tapacaqdır ki, aktivləşən mobil telefon nömrəsi informasiya sistemlərində həmin anda əks olunacaq.

Eyni zamanda mobil operatorların abunəçi bazalarının dəqiq formalaşması bir sıra sənədləşmə (bank, alqı-satqı və s.) prosesləri zamanı yaranan problemləri aradan qaldırmış və interaktiv SMS xidmətlərin inkişafına daha da rəvac vermiş olacaq.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  18/11/2019 19/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek