Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

08.08.2014 12:31

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri iranlı həmkarını qəbul edib

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İranın rabitə və informasiya texnologiyaları nazirini Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ə. Abbasov ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu və bu əlaqələrin uğurla davam etməsinə qarşılıqlı marağın olduğunu vurğulayıb.

Əməkdaşlığın daha da möhkəmləndirilməsində səfərlərin vacibliyinə də diqqət çəkən nazir Tehrana İrana rəsmi səfəri zamanı keçirdiyi görüşlərin səmərəli, faydalı nəticələrini qeyd edərək, rabitə və informasiya texnologiyaları sahəsi üzrə əməkdaşlığın növbəti mərhələsi və yeni istiqamətlərindən söz açıb.

İranlı nazir, eyni zamanda həmkarı Ə. Abbasovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Tehrana səfərinin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verdiyini, ümumilikdə İranda görüşlərin hər iki tərəf üçün məmnunluq və faydalı prinsiplər üzərində qurularaq uğurla başa çatdığını, həmçinin yaxın vaxtlarda İşçi Qrupun görüşünün təşkil olunacağını bildirib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/11/2019 21/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek