Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

15.09.2014 19:38

Azərbaycanda dövlət qurumlarının rəhbərliyinin qəbuluna qeydiyyat onlayn rejimdə mümkün olacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinin rəhbərliyinin qəbuluna qeydiyyat "Elektron hökumət" (e-gov.az) portalı vasitəsilə onlayn rejimdə mümkün olacaq. Bunu çərşənbə günü Trend-ə nazirliyin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov deyib.

Onun sözlərinə görə, bu xidmət ilkin mərhələdə qurumdaxili səviyyədə pilot rejimində işə salınacaq, sonra isə digər dövlət qurumlarını əhatə edəcək.

N.Mərdanov elektron xidmətlər portalında tətbiq ediləcək yeniliklər sırasında rəsmi yazışmanın aparılması, ərizə və şikayətlərin göndərilməsi, "şəxsi kabinet"in açılması mümkünlüyünü qeyd edib: "Yeni servislərin tətbiqi əhaliyə göstərilən elektron xidmətlərin səviyyəsini, sayını və keyfiyyətini xeyli artırmağa imkan verəcək".

Qeyd edək ki, hazırda portalda təsdiq edilmiş elekton xidmətlərin ümumi sayından (446) 291-i əlçatandır. Dövlət qurumlarının saytlarında yerləşdirilmiş elektron xidmətlərin ümumi sayı isə 461-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/05/2019 21/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek