Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

29.09.2014 10:42

Kolumbiya BakuTel-2014 sərgisində milli stendlə təmsil olunacaq

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Hüsüeyn Vəliyev/

Kolumbiyanın informasiya texnologiyaları (İT) şirkətləri BakuTel-2014 “Telekommunikasiya və informasiya texnologiyaları” beynəlxalq sərgi-konfransında (2-5 dekabr) təmsil olunacaqlar. Trend xəbər verir ki, bu barədə rabitə və yüksək texologiyalar naziri Əli Abbasovla görüşündə Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Assad Xose Qater Penani bildirib.

Trend xəbər verir ki, bu barədə nazirliyin şənbə günü yaydığı məlumatda deyilir.

Nazirliyin məlumatına görə, görüş çərçivəsində informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.

Diplomatın sözlərinə görə, Kolumbiya İKT sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Bu günədək 100-dən artıq şirkət sərgidə iştirakını təsdiqləyib. İştirakçıların arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil rabitə operatorları, internet-provayderlər, sistem inteqratorları, məşhur markaların tənzimləyiciləri var. Sərgidə bir sıra ölkələrin milli stendləri təqdim ediləcək. Sərgidə bu il də xüsusi stendlərin böyük diqqət ayrıldığı startaplara ayırılıb.

Ənənəvi Bakutel 2014 sərgisi konfransların, seminarların, dəyirmi masaalrın, biznes və internet forumlarının və digərlərinni daxil olduqları maraqlı işgüzar proqramı ilə seçilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  22/05/2019 23/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek