Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

29.09.2014 10:43

Azərbaycanda hüquqi şəxslərə göstərilən dövlət elektron xidmətlərin sayı artırılacaq

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda "Elektron hökumət" portalında hüquqi şəxslərə göstərilən elektron xidmətlərin sayı artırılacaq. Bu barədə bazar ertəsi Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

MHM-dən qeyd ediblər ki, hüquqi şəxslər elektron rəqəmsal imzadan (ERİ) istifadə etmək üçün bütün dövlət müsssisələrinə məsafədən müraciət edə biləcəklər.

Hüquqi şəxslərin istifadə edə biləcəyi yeni xidmətlər aşağıdakılardır: vergi orqanlarına hesab-faktura və bəyannamə göndərmək imkanı, idxal-ixrac əməliyyatları üzrə gömrük hesablarının təqdim olunması, Dövlət Sosial Müdafiə Fondundan məlumatın əldə edilməsi və müraciətlərin göndərilməsi imkanı.

Bundan başqa, hüquqi şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə əmək müqavilələri haqqında bildirişlərin daxil edilməsi imkanı əldə edəcəklər.

Hüquqi şəxslər "Elekton hökumət" (e-gov.az) portalının "Sahibkarlar" bölməsində autentifikasiyadan keçməklə yeni xidmətlərdən istifadə edə biləcəklər. ERİ-nin hüquqi şəxslər üçün qiyməti 3 il istifadə müddəti olmaqla 72 manatdır. İmzanı alarkən kardriderlər verilir.

Qeyd edək ki, Milli Sertifikasiya Xidmətləri Mərkəzindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 22,8 min ədədi ötür. Rəqəmsal imzanı Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar. İmzanın alınması ilə bağlı ətraflı məlumatı e-imza.az elektron ünvanı üzrə əldə etmək mümkündür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek